Ebru Şallı ərinə xəyanət edibmiş - Fotolar
Bizi izləyin

Tabloid.az

Ebru Şallı ərinə xəyanət edibmiş - Fotolar

10 illik evliliyini ona görə bitirdi

Məşhur model və aparıcı Ebru Şallının 10 il evli qaldığı həyat yoldaşı Harun Tandan boşanması hamını təəccübləndirmişdi. Hətta Ebru Şalıının boşanarkən ərindən maddi təzminat tələb etməməsi dedi-qodulara səbəb olmuşdu.

Nəhayət ki, gözəl ulduzun ailəsinin niyə dağıldığı məlum olub.

Türkiyə mətbuatında yer alan xəbərə görə, Harun Tan Ebru Şallının hərəkətlərindən şübhələnərək dedektiv tutaraq arvadının hər addımını izləyib.

Dedektiv Ebru ilə Sinan Akçılı Belqrad meşəsində birlikdə görüntüləyib. Ona görə də Ebru Şallı boşanarkən Harundan heç nə tələb edə bilməyib.

Qeyd edək ki, Ebru Şallı ilə Sinan Akçıl 1 ilə yaxındır ki, birlikdədirlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm