Ancelina Colinin yaraşıqlı aktyorla fotoları
Bizi izləyin

Tabloid.az

Ancelina Colinin yaraşıqlı aktyorla fotoları

Hollivudun ən cazibədar aktrisası Ancelina Coli Cek О'Кonnel ilə birgə fotokamera qarşısına keçib

Hollivudun ən cazibədar aktrisası Ancelina Coli britaniyalı aktyor Cek О'Кonnel ilə birgə Amerikanın “DuJour” jurnalı üçün fotokamera qarşısına keçib.

İki məşhur “Unbroken” (“Qırılmaz”) adlı filmdə birgə rol alıblar. Filmin rejissorluğunu Ancelina Coli edib.

Aktrisa jurnala verdiyi müsahibəsində maraqlı etiraflar edib:

“Əvvllər heç ağlıma da gəlmirdi ki, nə vaxtsa rejissorluq edərəm. Çünki həmişə özümü kamera önündə rahat hiss etmişəm. Ancaq indi düşünürəm ki, məndə rejissorluq alınır və aktrisalıqdan imtina etməyə hazıram”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm