Tabloid.az
Nazik qaşları dolduran 7 hiylə
Əgər həddindən artıq qopmuş və tökülmüş qaşlarınız varsa, onu makiyaj hiylələri ilə nazik doldura və istədiyiniz qalınlığı verə bilərsiniz. Lakin gözəl qaşlara nail olmaq elə də asan deyil. Gözəl qaşlara sahib olmaq və kloun kimi görünməmək üçün bir neçə məqama fikir vermək tələb olunur.
Qaşlar əslində qadının üz ifadəsini müəyyən edən və ona gözəllik qatan detaldır. Gözəl qadının qaşları düzgün formada alınmazsa, üzü çox kobud görünə, hətta bütün gözəlliyi itə bilər. Mükəmməl qaşlar isə üzü həqiqətən də daha gözəl göstərir. Tabloid.az mükəmməl qaşlara sahib olmağın yollarını izah edir:
1-ci nəyə ehtiyacınız olacaq?
Nazik qaşları doldurmaq üçün ilk olaraq qaş fırçası və qaş qələmi, yaxud qaş kölgəsi almaq lazımdır. Qaşları doldurmaq üçün fırça və qaş kölgəsini ayrı-ayrı kosmetika mağazalarda, yaxud online sifariş verə bilərsiniz. Bu məhsulu aldığınız yerdən onun istifadə qaydasını öyrənə bilərsiniz. Onu qaş qələmi ilə də əvəz edə bilərsiniz.
Qaşları işarələyin
Daha sonra işə qaşları işarələyərək da davam edə bilərsiniz. Seçdiyiniz qələm mütləq tünd olmalıdır. Lakin almazdan əvvəl qələmin dəri rənginizlə uyğun olmasını anlamaq üçün çəkib yoxlayın. Qaşlara formanı verəndə şəkildəki kimi burun xətti ilə eyni səviyyədə olmasına diqqət edin.
Qaş şablon forması ilə işarələmək
Qaşları düzgün formada doldura bilmirsinizsə, hazır formalar ala bilərsiniz. Əgər qaşlarınızı doldurmaq, gözəl, dəqiq və təmiz xətt almaq istəyirsinizsə, bunlar sizə çox kömək edəcək. Çox tanınmış məşhurun qaş tərzini istəyirsinizsə, ona uyğun bir qaş şablonu seçib istifadə edə bilərsiniz.
Toz qələm
Toz halında qaş kölgələri qələmlə müqayisədə daha yaxşı effekt verir və təbii görünür. Qaşlarınızı qaş kölgəsi ilə doldurmaq istəyirsinizsə, bunun üçün düzgün fırça seçmək də çox önəmlidir. Kiçik fırçalar bu tətbiq üçün çox əlverişlidir.
Doldurun
Qaşları dolduran zaman əvvəlcə kənarlarını çəkin, daha sonra isə içini doldurmağa başlayın. Qaş fırçası incə uclu və yumşaq olmalıdır. Qaşlarınızı dolduran zaman çox sərt basmaq olmaz. Qələmi və fırçanı yumşaq və asta formada çəkməyə çalışın.
Qaş boyama
Çox açıq rənglər olmamaq şərti ilə qaşları saç rənginə yaxın, yaxud bir ton tünd boyaya bilərsiniz. Yanlış boya və boyanı uzun müddət saxlamaq qaşların tökülməsinə səbəb olur. Qaşları ev şəraitində boyamaq təhlükəli olduğu üçün onu gözəllik mərkəzlərində etdirmək daha münasibdir.
Həmişəlik
Əgər qaşlarınızı hər gün qələmlə boyamaqda çətinlik çəkirsinizsə, qalıcı və ya yarı-qalıcı üsullara əl ata bilərsiniz. Qaşlarınız çox seyrəkdirsə, döymə daha yaxşı variant ola bilər. Bunu usta əllərin sahibi edərsə, çox gözəl nəticələr əldə etmək mümkündür. Bu zaman qaşların üz quruluşuna çox uyğun olmasına fikir verin. Amma əsla saç rəngi ilə eyni rəngdə etməyin.
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır