• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rejissorun yaddaşı zəifdir yoxsa Günay ATV-nin "qara siyahısı"ndadır?

Rejissorun yaddaşı zəifdir yoxsa Günay ATV-nin "qara siyahısı"ndadır?

Ötən gün teleməkanın ən baxımlı verilişlərindən olan “Gündəlik” verilişinin qonaqlarından biri rejissor Fuad Əlişov idi. O, verilişin aparıcısı Mətanət Əliverdiyevanın “Ən son hansı klipi çəkmisiniz?” sualına rejissor “xatırlamıram, çoxdan olub” – deyə cavabını verib.

Maraqlıdır rejissor təxminən 10 gün öncə lentə aldığı müğənni Günay İbrahimlinin “Sənə bağlanıram” adlı klipinin adını niyə çəkməyib? Bu yaddaş pozğunluğudur yoxsa ATV kanalı Günay İbrahimlini “Kimdir nömrə 1” yarışmasından imtina etdiyi üçün “qara siyahı”ya salıb?

Məsələ ilə bağlı rejissorla əlaqə saxladıq və Əlişov tabloid.az-a açıqlamasında efirdə sualı başa düşmədiyini deyib:

“Elə başa düşdüm aparıcı deyir ki, son vaxtlar az klip çəkirsiniz. Sizə məlumat verə bilərəm ki, son vaxtlar 2 klip çəkmişəm. Müğənnilər Zamiq Hüseynov və Günay İbrahimli üçün. Efirdə söhbət əsnasında sadəcə səhv buraxmışam. Aramızda heç bir konflikt yoxdur. Verilişdən sonra mənə səhvimi dedilər. Amma telekanalda mənə heç kəs demədi ki, Günayın adını çəkmə. Hətta Zamiqin də adını çəkməyi unutdum. Zamiqə ki, ATV-də qadağa yoxdur.”

Fuad Əlişov onu da əlavə edib ki, yaxın 10 gün ərzində Günay İbrahimlinin “Sənə bağlanıram” klipini müğənniyə təhvil verəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR