Zülfiyyə Xanbabayeva Eminlə duetindən danışdı
Bizi izləyin

Tabloid.az

Zülfiyyə Xanbabayeva Eminlə duetindən danışdı

Xalq artisti Zülfiyyə Xanbabayeva Emin Ağalarovla birgə oxuduğu “Baharlı yurdum” mahnısından danışıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva Emin Ağalarovla birgə oxuduğu “Baharlı yurdum” mahnısından danışıb.

Tabloid.az xəbər verir ki, sənətçi bildirib ki, dahi musiqiçi Müslüm Maqomayevin bu mahnısı artıq sənət əsərinə, klassikaya çevrilib:

“Təbii ki, biz gördüyümüz, altına girdiyimiz yükün məsuliyyətini dərk edirdik. Əgər dahi sənətkarın işinə müraciət etmişiksə, bunu ya yaxşı etməliyik, ya da kənara çəkilməliyik.

Biz başa düşürdük ki, bu mahnını Müslüm Maqomayevdən yaxşı heç kim oxuya bilməz. Ona görə də qərara gəldik ki, mahnının “yumşaq”, lirik, versiyasını hazırlayaq. Əgər mahnının orijinal variantı daha çox himn kimi səslənirdisə, bizim versiyamıza adi günlərdə də qulaq asmaq olar”.

Z.Xanbabayeva onu da qeyd edib ki, Emin işin bütün məsuliyyətini hiss edirmiş:

“Eminin necə can yandırdığı görmək çox xoş idi. O, azərbaycanlı tamaşaçıya çox hörmət edir və sevir. Tamaşaçının razı qalması üçün əlindən gələni edir. Emin olduqca məsuliyyətli, pozitiv və istedadlı adamdır. O, daim öz üzərində çalışır və inkişaf edir. Bütün bunlar da adamı laqeyid qalmağa qoymur. Əminəm ki, Eminin yubiley konserti böyük uğurla keçəxək. Ona bu işində səmimi qəlbdən uğurlar arzu edirəm. Mən böyük məmnuniyyətlə Eminlə əməkdaşlığı davam etdirərdim. Onun yazdığı mahnıları oxuyardım”.

Xatırladaq ki, Emin Ağalarov dekabrın 4-də “Baku Crystal Hall”da yubiley konserti verəcək. İfaçının konserti silsilə xarakteri daşıyacaq. Çıxış dekabrın 4-də Bakıda, 10 və 11-də isə Moskvada olacaq. Konsertdə Emin Ağalarov Ani Lorakla, Stas Piyexa, Qriqori Lepslə, İrina Dupsova ilə duet oxuyacaq. Həmçinin İqor Krutoyla da duet hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm