• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Birinci xanımlar haqqında inanılmaz faktlar - Fotolar

Birinci xanımlar haqqında inanılmaz faktlar - Fotolar

Birinci xanımlar – eyni zamanda həm özlərini, həm həyat yoldaşlarını, həm də ölkələrini təmsil edən qadınlardır. Onların geyim-keçimi, gözəlliyi insanların marağına toxunan mövzulardan biridir. Publika.Az-ın qadın bölməsi müasir dövrün ən parlaq birinci xanımları haqqında olan maraqlı faktları təqdim edir:

Diplomatik müqavilələrin imzalanmasında birinci xanımlara incə çəhrayı pomadaya icazə verilir. Rəsmi tədbirlərdə və mərasimlərdə qırmızı dodaq boyası çəkmək ciddi qanun pozuntusu hesab olunur.

Amerikanın ancaq 2 birinci xanımı “Vogue” jurnalına poza verib: Hillari Klinton və Mişel Obama.

Amerikanın 34-cü prezidentinin həyat yoldaşı Elionara Ruzveltin boyu 180 sm olub. Mişel Obama da eyni hündürlükdədir. Onlar ikisi də Amerika tarixinə ən hündür boylu və cüssəli birinci xanımlar kimi düşüblər.

İmelda Markos Filippinin keçmiş diktatoru Ferdinand Markosun arvadıdır. Onu "Bütün dövrlərin ən tamahkar insanları" siyahısına aid edirlər. Belə ki, onun 2500 cüt ayaqqabısı, böyük geyim və zinət əşyaları kolleksiyası var. Siyasət aləmində isə İmelda Markosa "polad kəpənək" deyirlər. Hazırda yaşı 80-ı keçəsə də, o, hələ də ölkəsinin ən nüfuzlu siyasi fiqurlarından biri sayılır. Cavanlıqda İmelda çox gözəl olub, 18 yaşında gözəllik müsabiqəsində qalib gəlib. Filippinin birinci xanımı olmuş İmelda Markos başqa ölkəyə səfər edəndə özü ilə 300 paltar çamadanı aparırmış.

1996-cı ildə Fransanın gələcək birinci xanımı Karla Bruni “Caudalie” kosmetikasının satışını qaldırır. O kosmetik məhsulun yaradıcısı Matilda Tomasa zəng vuraraq üz üçün olan sprey yağını bəyəndiyini etiraf edir.

15 sm – Afrikanın dəb ilahəsi və birinci xanımı Kameruna Şantal Biyanın 15 sm-lik saç düzümü məşhurdur.

400 cüt əlcək – ABŞ-ın 16-cı prezidentinin birinci xanımı Meri Todd Linkoln 4 ay ərzində 400 cüt əlcək alıb. Qadındakı dəb ehtirasına bax ki, bu əlcəkləri almaq üçün Ağ Evin bağçasındakı gübrəni satıb.

SSRİ-nin ilk və sonuncu prezidentinin həyat yoldaşı Raisa Qarbaçova 1988-ci ildə Manxettendə "Estee Lauder" butikini ziyarət edir və Moskvada da eyni markanın mağazasını açmağı vəd edir. Öz sözünün üstündə dayanır və bir ildən sonra 1989-cu ildə bu butiki açır.

Madonna Argentinanın prezidenti Xuana Peronanın həyat yoldaşı və birinci xanımı Evı Peron rolunda çəkiləndə düz 85 paltar dəyişməli olmuşdu.

1995-ci ildə Fransının birinci xanımı Bernadett Şirak şahzadə Dianaya Lady Dior çantasını hədiyyə edir. Şahzadə bu çantalara o qədər heyran olur ki, eyni bu modeldən müxtəlif rənglərdə və ölçülərdə daha bir neçəsini sifariş verir. Diananın ölümündən sonra bu çantalar “Diana’s Lady Dior” adlandırılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR