Türkiyənin məşhur aktyorları Bakıda - Fotolar
Bizi izləyin

Tabloid.az

Türkiyənin məşhur aktyorları Bakıda - Fotolar

Son bir neçə ildə azərbaycanlı tamaşaçıların Türkiyə istehsalı olan filmlərə marağı daha da artıb, desək, yanılmarıq.

Son bir neçə ildə azərbaycanlı tamaşaçıların Türkiyə istehsalı olan filmlərə marağı daha da artıb, desək, yanılmarıq.

Tabloid.az xəbər verir ki, yerli kinoteatrlar da görünür bu məqamı diqqətdən qaçırmayıblar. Bu səbəbdən də son zamanlar paytaxtda qardaş ölkənin istehsalı olan filmlərin nümayişi çoxalıb.

Üstəlik, qala-premyeralarda təqdim edilən filmlərin baş rolu oynayan aktyorları ilə media nümayəndələrinin və kinosevərlərin görüşləri təşkil edilir.

Dünən kinomanlara “Birleşen gönüller” (“Birləşən könüllər”) adlı film təqdim olunub.

Nümayişdən öncə qırmızı xalı üzərindən keçən qonaqlar bu anı əbədiləşdirmək üçün şəkil çəkdiriblər.

Gecə iştirakçıları üçün ziyafət məclisi təşkil olunduqdan sonra filmin nümayişinə start verilib. Maraqlı məqam o olub ki, nümayiş zamanı ekran işinin yaradıcı heyəti - aktyorlar Serkan Şenalp, Sema Çeyrekbaşı, Ferdi Akarnur, Atılqan Gümüş və rejissor Hasan Kıraç zalda əyləşərək, tamaşaçılarla birlikdə filmi izləyiblər.

Filmdə gənc Cənnət rolunu oynayan aktrisa Hande Soral isə Bakıya gəlməyib.

Ekran işinin nümayişi başa çatandan sonra aktyorlar səhnəyə çıxaraq, təəssüratlarını bölüşüblər. İlk öncə filmin rejissoru Hasan Kıraç çıxışında yeni filmin Azərbaycanda bəyəniləcəyinə ümid etdiyini bildirib.

Daha sonra isə o, sözü filmdə yaşlı Cənnət obrazını canlandıran aktrisa Sema Çeyrekbaşına verib. Aktrisa etiraf edib ki, filmi dördüncü dəfə izləsə də, göz yaşlarını saxlaya bilmir və hər dəfə ağlayır. Sema Çeyrekbaşı Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini deyib.

Filmdə Yunus müəllimin obrazını canlandıran aktyor Atılqan Gümüş mikrofon önünə keçən kimi Azərbaycanın xalq mahnısı “Ayrılığ”ı ifa edib. Olduqca şən və pozitiv görünən aktyor Azərbaycana artıq üçüncü dəfədir səfər etdiyini diqqətə çatdırıb.

Digər aktyorlar da Azərbaycanla bağlı xoş təəssüratlarını dilə gətiriblər.

Daha sonra isə media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Aktyorlar və filmin rejissoru jurnalistlərin suallarını cavablandırıblar.

Ümumilikdə səfərdən razı qalan aktyorlar Azərbaycanla bağlı danışıblar. Ferdi Akarnur çıxışı zamanı hər dəfə Azərbaycana böyük həvəslə gəldiyini qeyd edib:

“Ən vacib işim olsa belə, onu ertələyib, Bakıya gələrəm. Çünki sizləri, Azərbaycanı və Bakını çox sevirəm”.

Filmdə Yunus müəllimin obrazını canlandıran aktyor Atılqan Gümüş isə maraqlı məqama toxunub. O, deyib ki, ixtisasca müəllim olduğuna görə ona həvalə edilən obrazın öhdəsnindən uğurla gəlib.

Filmdə Niyaz obrazının gəncliyini canlandıran Serkan Şenalp filmdəki uğurlu aktyor oyunundan danışıb. O, deyib ki, “Birleşen gönüller”də o, Cənnətə olan sevgisini baxışları ilə tam ifadə edib. Çünki bu onun aktyorluğa olan sevgisindən irəli gəlir. Daha sonra əlavə edib ki, onun həyatda öz Cənnəti-sevdiyi qadını var.

Qeyd edək ki, dram janrında olan “Birləşən könüllər” filmi İkinci Dünya müharibəsi dövründə yaşanmış eşq hekayəsindən və 1990-cı illərdə Türkiyədən Qazaxıstana gedərək, orada məktəb açmaq istəyən ailədən bəhs edir. Niyaz və Cənnət yeni evləniblər. Daha da alovlanan müharibə Qazaxıstanda yaşayan bu gənclərin kəndinə qədər yaxınlaşır. Niyaz cəbhəyə yollanmağa məcbur olur. Cənnət isə balaca kənddə təkbaşına qalır. Bir neçə aydan Uzun illərdən sonra tale onları yenidən birləşdirir, amma bir neçə saatlıq...

İki dövrü əhatə edən filmdə həmçinin 1992-cı ildə Türkiyədən Qazaxıstana gedərək, orada məktəb açmaq istəyən və həyatın bir çox çətinlikləri ilə üzləşən gənc ailədən bəhs edir. Məhz bu ailənin sayəsində Niyaz 50 ildən sonra öz Cənnətinə qovuşur.

Filmin çəkilişləri Bolqarıstan, Batumi və İstanbulda aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm