"Böyük şəhərdə seks"in 49 yaşlı ulduzu - Fotolar
Bizi izləyin

Tabloid.az

"Böyük şəhərdə seks"in 49 yaşlı ulduzu - Fotolar

"Sex and The City" sayəsində stil ikonasına çevrildi

Aktrisa Sara Cessika Parker qadınların ən çox nümunə götürdükləri stil ikonalarından biridir.

Onun rol aldığı "Böyük şəhərdə seks" filmini demək olar ki, izləməyən qadın yoxdur. Sara həm bu filmdə, həm də eyniadlı serialda Keri Bredşou obrazını canlandırıb.

Serialın ilk seriyalarından etibarən Keri Bredşounun modaya qarşı inanılmaz ehtirası olduğunu görürük. Xüsusilə də ayaqqabılar onun üçün çox dəyərlidir. Bu obraz sayəsində “Manolo Blahnik” ayaqqabı firması bir anda populyarlaşmış, nyu-yorklu qadınlar arasında bu firmadan ayaqqabı almayan qalmamışdı. Serial 1998-ci ildən 2004-cü ilə qədər davam edib və yayımlandığı dövrdə moda dünyasının axışını dəyişib. Xüsusilə də Saranın canlandırdığı Keri obrazı qadınların “moda pərisi”nə çevrilib.

Təbii ki, bu işdə Sara qədər serialda obrazların nə geyinəcəyini müəyyənləşdirən modelyer Patrisia Fieldin də böyük rolu olub. Hətta Sara müsahibələrinin birində ümumilikdə moda və necə geyinməli olduğu haqda Patrisiyadan çox şey öyrəndiyini etiraf edib.

49 yaşlı Sara Cessika Parkerin o qədər də gözəl və cazibədar olduğunu düşünmürəm. Amma bu qadın özünəməxsus xarizması və möhtəşəm stili ilə görüntüsünü ikinci plana atmağı bacarıb.

Heç kim Sarahın əllərindəki, ayaqlarındakı damarlara diqqət etmir, heç kimin gözü Saranın üzündəki qırışları, yaşlılıq əlamətlərini sezmir. Çünki Sara o qədər gözəl geyinir ki, sadəcə tərzi ilə hər şəraitdə bütün nəzərləri özünə çəkməyi bacarır. Hamı heyran-heyran onun geyim və aksessuar seçimlərinə, makiyajına və ilk baxışda bir-birindən əlaqəsiz görünən paltarları möhtəşəm şəkildə kombinləməsinə tamaşa edir.

Bütün bu səbəbləri nəzərə alaraq tabloid.az-ın “Onların stili” layihəsi çərçivəsində Sara Cessika Parkerdən ilham almaq istəyən qadınları sevindirməyə qərar verdim.

“Qadınların moda pərisi”

Yazının əvvəlində də bəhs etdiyim kimi, Saranın stil ikonasına çevrilməsində əsas rolu "Böyük şəhərdə seks" serialı oynayıb.

Odur ki, Keri Bredşounun geyim seçimlərindən bəhs etməyi özümə borc bilirəm.

Serialda Saranı demək olar ki, davamlı olaraq rəngli, cəsarət tələb edən dekolteli geyimlərdə görürük. Onun aksessuarları da olduqca iddialıdır. Aktrisa özü də serialda geyindiklərinin çox iddialı olduğunu etiraf edir. O, normal bir qadının küçəyə çıxarkən həmin libaslardan çoxunu geyinə bilməyəcəyini deyir. Ancaq o serial bəhanəsi ilə olsa da, qeyri-adi, iddialı geyimlərlə Nyu-York küçələrində gəzməyin çox əyləncəli olduğunu etiraf edir.

Keri Bredşou günorta saatlarında dostları ilə görüşməyə gedərkən belə olduqca şıq seçimlər edir. İri, diqqətçəkici aksessuarlar taxır, saçlarına həmişə forma verir.

Onun ən zəif nöqtəsi ilə ayaqqabılardır. Rəngarəng, cürbəcür modellərdə, bahalı markalardan olan ayaqqabılar...

Dəvətlərin ən şıq qadını

Sara iştirak etdiyi hər dəvətdə “stil ikonası” statusuna həqiqətən layiq olduğunu sübut edir. Onun qarderobunda ən məşhur markaların geyimləri yer alır. Çox vaxt dünya şöhrətli modelyerlər onun üçün xüsusi ziyafət libasları hazırlayırlar. Aktrisa əsasən, midi, yəni dizüstü libaslara üstünlük verir. Bu model ziyafət geyimlərini iddialı aksessuarlarla tamamlayır.

Libas "Parabal Gurung", ayaqqabı "Charlotte Olympia"

Sarah Jessica Parker stili

Libas "Parabal Gurung", ayaqqabı "Salvatore Ferragamo"

Libas "Parabal Gurung", ayaqqabı "Salvatore Ferragamo"

Sarah Jessica Parker stili

Libas "Stella McCartney"

Libas "Chanel", ayaqqabı "Brian Atwood"

Sarah Jessica Parker stili

Manto "Chanel", ayaqqabı "Charlotte Olympia"

Sarah Jessica Parker stili

Libas "L'Wren Scott", ayaqqabı "Christian Louboutin"

Sarah Jessica Parker stili

Libas "Oscar de la Renta"

Sarah Jessica Parker stili

Libas "Antonio Berardi", ayaqqabı "Charlotte Olympia"

Onu daha çox sinə dekolteli geyimlərdə görürük. Demək olar ki, mini geyinməyən Sara maksi ziyafət libaslarını daha çox sevir.

Sarah Jessica Parker stili

Libas "Gianfranco Ferré", ayaqqabı "Christian Louboutin", zinət əşyaları "Fred Leighton"

Sarah Jessica Parker stili

Libas "Alexander McQuen"

Rəngarəngliyi sevən aktrisanın ən çox hansı rəngə üstünlük verdiyini demək çətindir. Ancaq qırmızı, ağ, yaşıl, bənövşəyi, gümüşü rənglərdəki geyimləri qarderobunda çoxluq təşkil edir.

Sara stilinin əsas detalı iddialı parçaları kombinə edərək sadə və şıq görünməkdir. Əslində bu çox çətindir və hər qadına yaraşmır. Saranın sirri də bundadır, o, bütün geyimləri özünə yaraşdırmağı bacarır.

Düz, naxışsız bir don geyindikdə onu müxtəlif iri aksesuarlarla tamamlayır.

Sarah Jessica Parker stili

Libas "Halston Heritage"

Ancaq adətən naxışlı, üzərində çoxlu gül-çiçək və ya müxtəlif fiqurlar olan ziyafət libasları geyinir.

Sarah Jessica Parker stili

Libas "Alexander McQueen"

Sarah Jessica Parker stili

Libas "Oscar de la Renta", pencək və çanta "Salvatore Ferragamo"

Sarah Jessica Parker stili

Libas "Elie Saab", zinət əşyaları "Fred Leighton"

Klyoş ətəklər və ətəyi qabarıq ziyafət libasları onun üzərində çox gözəl görünür.

Libaslarının çoxunda şleyf detalı olur.

Aktrisanı arada bir də olsa üzərində gipür, muncuq, pulcuq detalları olan geyimlərdə görürük.

Sarah Jessica Parker stili

Sarah Jessica Parker stili

Sara heç bir qadının cəsarət etməyəcəyi kombinlərə imza atır. Bütün moda qaydaları deyir ki, naxışlı geyimi sadə ayaqqabı ilə tamamlayın. Ancaq şəkillərdən də gördüyünüz kimi, Sara heç bir moda qanununa əməl etmir. O, ən təhlükəli geyimləri bir-biri ilə kombinə edir və yenə də özünəməxsus şəkildə şıq görünməyi bacarır.

Sarah Jessica Parker, New York 5 Eylül'de Lincoln Center'daki David H. Koch Theater'da Oscar de la Renta for Moda Sanatını for FIT Ödülü Sonuçları Müzesi for 2012 Couture Konseyi, 2012 katılır

sarah jessica parker carnegie hall opening night gala 08

O, geyimdən çox aksessuar və ayaqqabı dəlisidir. Dəvətlərə,qala gecələrinə cürbəcür aksessuarlar taxan Sara qadınlara aksessuarın şıq görünməkdə nə qədər böyük rol oynadığının ipuclarını verir. Aktrisanın dillərə dastan olan aksessuarlarından ən gözəllərini seçmişəm.

Hollivudun ən populyar aktrisalarından olan Sara saçlarını sarının və qəhvəyinin müxtəlif çalarlarına boyadır. Son illər daha çox qəhvəyi rəngə üstünlük verir. O saçlarına kölgə verməyi, rəng oyunları oynamağı çox xoşlayır. Bununla saçlarının daha sağlam və həcmli görünməsinə nail olur. Aktrisa müxtəlif zamanlarda həm qısa, həm də uzun saç modellərinə müraciət edib. Son illər isə onu uzun saç modellərində görürük. Ən çox dalğalı saç modelindən istifadə edir. Ancaq geyimlərinə uyğun olaraq toppuz yığdığı və ya saçlarını düz saxladığı vaxtlar da olur.

Sara saç aksessuarlarını çox sevir.

Digər dünya ulduzlarından fərqli olaraq Sara Cessika Parkerin standart makiyaj tərzi var. Onu qırmızı dodaq boyası ilə görə bilməzsiniz. Dodaqlarına adətən qəhvəyinin açıq tonlarında və ya bej çalarlarında dodaq boyaları çəkir. Qara qələmlə haşiyəyə alaraq mavi gözlərini ön plana çıxarır. Bəzən mavi və qəhvəyi rəngli göz kölgəsi çəkir. Yanaqlarına xəfif qızartı verir. Çox nadir hallarda açıq çəhrayı rənglərdə dodaq boyası çəkir. Sara heç vaxt iddialı makiyaj etmir. Ulduz gözəlliyin sadəlik olduğuna inananlardandır.

Saranın ayaqqabı dəlisi olduğunu demişdim. Aktrisa bu hobbisinin ardınca gedərək öz ayaqqabı markasını yaradıb. O, artıq iki ildir ki, öz adının baş hərflərindən ibarət olan “SJP” markasının ayaqqabı kolleksiyasını təqdim edir. Modelləri aktrisa özü dizayn edir.

Aktrisanın moda dünyasındakı fəaliyyəti bununla məhdudlaşmır. Sara bir xanımın sadəcə stili ilə yox, qoxusu ilə də yaddaşlara həkk olunmasının tərəfdarıdır. Odur ki, satışa “Cover”, “Lovely”, “SJP NYC” adlı ətirlər çıxarıb.

Bütün qadınların hər addımını təqib etdiyi stil ikonasına çevrildikdən sonra aktrisa bir çox məşhur jurnalın üz qabığına çıxıb.

Sara kimi olmaq istəyənlərə ipucuları

Əslində Sara kimi şıq olmaq o qədər də çətin deyil. Bir neçə ipucu sayəsində siz də olduqca zərif görünə bilərsiniz.

Yeni ilə köhnəni qarışdırın!

Onun qarderobunda müasir və retro stilə uyğun geyimlər var. Ən əsası isə aktrisa bu fərqli stillərə məxsus geyimləri kombinə edərək ortaya möhtəşəm nəticələr çıxarır. Məsələn, klyoş bir ətəyi mövsümün hit koftası və iddialı bir ayaqqabı ilə kombinə edə bilərsiniz.

İddialı ayaqqabılar geyinin

Onun stilində ayaqqabılar çox mühüm rol oynayır. Hündürdaban, detalları, naxışları olan rəngli modellər Saranın stili üçün çox uyğundur.

Aksessuarlar xilasedicidir

Çiçəkli broşlar, iri boyunbağılar, üzərində yazılar olan çantalar, əlcəklər, şapkalar onun vaz keçilməz aksessuarlarındadır. Siz də Sara kimi cəsarətli olun və bir neçə iddialı aksessuardan eyni vaxtda istifadə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm