Nazpəri: “Biz Mikayılla heç ayrılmamışdıq”
Bizi izləyin

Tabloid.az

Nazpəri: “Biz Mikayılla heç ayrılmamışdıq”

O, xəbəri şayiə adlandıraraq “Mən heç ondan ayrılmamışdım ki, indi də yenidən bir yerdə işləyim. Biz Mikayılla nə vaxt ayrılmışıq k ? Yazırlar da. Kim nə gəldi yazır. O, mənim köməkçimdir. Niyə ondan ayrılmalıyam ki?“

Xalq artisti Nazpəri Dostəliyeva və prodüseri Mikayıl Hüseynovun 5 il birgə əməkdaşlığa son qoyması ötən ayın ən çox müzakirə olunan xəbərlərdən oldu. Tərəflər bu barədə elə də çox danışmasa da, prodüser artıq başqa sahədə çalışacağını, bu peşə ilə məşğul olmayacağını bildirmişdi.

Öyrəndik ki, xalq artisti və prodüser yenidən əməkdaşlıq edəcək. Tabloid.az məsələ ilə bağlı xalq artisti Nazpəri xanımla əlaqə saxlayıb. O, xəbəri şayiə adlandıraraq “Mən heç ondan ayrılmamışdım ki, indi də yenidən bir yerdə işləyim. Biz Mikayılla nə vaxt ayrılmışıq ki? Yazırlar da. Kim nə gəldi yazır. O, mənim köməkçimdir. Niyə ondan ayrılmalıyam ki?“.

Prodüserlə müğənnilərin ayrılması məsələsinə münasibət bildirən müğənni onu da əlavə etdi ki, hər bir işdə dəyişiklik olur:

“Bu, təkcə müğənni və prodüser arasında baş vermir. İstənilən sahədə baş verir. Bu da normaldır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm