Reyhanın 15 faydalı xüsusiyyəti…
Bizi izləyin

Tabloid.az

Reyhanın 15 faydalı xüsusiyyəti…

Reyhan ümumi tonusu qaldırır. Payızda və qışda bizim üçün çox əhəmiyyətlidir. Ruh düşkünlüyü yaşadığımız və tez-tez yuxulamağa başladığımız vaxt bizə müsbət təsir göstərir

Reyhan ümumi tonusu qaldırır. Payızda və qışda bizim üçün çox əhəmiyyətlidir. Ruh düşkünlüyü yaşadığımız və tez-tez yuxulamağa başladığımız vaxt bizə müsbət təsir göstərir. Reyhan qidaya mədədə hərəkətsiz qalmağa icazə vermədən həzmi stimullaşdırır.

Xalq təbabətində tibbi vannalar şəklində sakitləşdirici vasitə kimi reyhandan istifadə etmək məsləhət görülür.

Öskürək zamanı içilir. Baş ağrısı və sidik-tənasül orqanlarının iltihabı zamanı çox əhəmiyyətlidir.

Reyhan yalnız ot deyil, reyhanın 15 faydalı xüsusiyyəti…

Reyhanın efir yağı bakterisid təsirə malikdir.

Stress zamanı reyhanın efir yağının bir neçə damcısı kifayətdir ki, ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırsın.

Yuxusuzluq, miqren və iy duyğusunun itməsi zamanı heç də az təsirə malik deyil.

Reyhanın efir yağı diş ağrısını aradan qaldırır. Yarım stəkan qaynadılmış suya yağın 1 damcısı tökərək, gündə 4-6 dəfə belə yaxalamanı tətbiq etsəniz diş ağrısından azad olarsınız.

Əsəb sisteminin xəstəlikləri zamanı reyhandan çay kimi istifadə olunur. Saplaqları və gülləri ilə birlikdə doğranmış bitkinin 1 qaşığını 1 stəkan qaynar suya əlavə edin. 5-10 dəqiqə qaynadın. Yarım saat qaynadıqdan sonra dəm almağa qoyun. Gündə 4 dəfə yeməkdən əvvəl 1/4 stəkan qəbul etmək lazımdır.

Həmin çay qusmanı dayandırır və ürək bulanmasını aradan qaldırır.

Əgər səhərlər bal və reyhandan dəmlənmiş çay içsəniz, o zaman gün boyu bir çox yeni ideyalar yaranacaq və işləmək qabiliyyətiniz axşama qədər tükənməyəcək.

Nəqliyyatda ürək bulantısından əziyyət çəkdiyiniz zaman reyhanın yarpağını çeynəmək və səyahət zamanı onu ağızda saxlamaq köməyinizə çatacaq.

Alimlər hər gün və ya heç olmasa ilk fürsətdə reyhanı qidaya əlavə etməyi məsləhət görürlər.

Sonda isə reyhanın bir neçə quru yarpağını paltar şkafınıza yerləşdirməyi unutmayın. Bu yalnız xoş qoxuya zəmanət vermir, həm də geyimi güvədən qoruyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm