Aşıq Əli müğənni Eltonu döydürmək istəyib? – Video
Bizi izləyin

Tabloid.az

Aşıq Əli müğənni Eltonu döydürmək istəyib? – Video

Müğənni Elton Hüseynəliyevlə aşıq Əli barələrində dolaşan şayiəyə münasibət bildiriblər.

Deyilənlərə görə, aşıq Əli Eltonun üzərinə 6 nəfər göndərib ki, onu döysünlər.

Tabloid.az xəbər verir ki, müğənni Elton Hüseynəliyevlə aşıq Əli barələrində dolaşan şayiəyə Xəzər televiziyasındakı "5-də 5" verilişində münasibət bildiriblər.

Bu haqda Elton danışıb:

“Əli ilə birgə toydaydıq. Toyun aparıcısı da mən idim. Əlini oxumağa gec dəvət elədim. Bu da ona görə oldu ki, müğənnilər tez oxuyub getmək istəyirlər ki, o biri məclisə gecikməsinlər. Onu gec dəvət elədim. Gördüm ki, çox həvəssiz oxudu. Sonra da sazı da yerə vurub, çıxıb getdi. Sonra bayırda ona dedim ki, səni gec təqdim etdim. Üzürlü hesab et. Bundan sonra qucaqlaşıb, öpüşdük. Halallaşdıq, nə idmançı, nə zəng? O, məni döydürməyib”.

Aşıq Əli isə bildirib ki, sənətçilər arasında problem olanda özləri həll etməlidirlər:

“Bura idmançıları qarışdırmaq olmaz. Allah idmançıların canını sağ eləsin. Amma hansısa söhbəti özümüz yoluna qoymağı bacarırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm