• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı moda həftəsi modapərəst xanımlara çoxlu sürprizlər vəd edir - Fotolar

Bakı moda həftəsi modapərəst xanımlara çoxlu sürprizlər vəd edir - Fotolar

Bu gün Bakıda ilk dəfə “Baku Fashion week” yüksək moda həftəsi başlayacaq. Tabloid.az xəbər verir ki, Bakıda ilk dəfə keçirilən yüksək moda həftəsində yerli və gürcü modelyerlərin 2015 yaz-yay kolleksiyaları nümayiş olunacaq. Mətbuat konfransında çıxış edən layihənin prodüseri Hafiz Ağayev isə bildirib ki, sabah 2015-ci ilin geyim kolleksiyası nümayiş olunacaq: “Təqdimatımıza moda sahəsinin tanınmış simaları gələcəklər. Düşünürəm ki, yeni kolleksiyalardan kimlərsə bəhrələnə biləcək”.

Tədbirdə iştirak edən Gürcüstanın Avropada tanınmış modelyeri Avtandil Tskvitinidze isə layihə ilə bağlı öz təəssüratlarını bölüşüb: “Bakıya 12 il öncə gəlmişdim. Bu dəfə paytaxtınıza gələndə hər şeyin yaxşılığa doğru dəyişdiyini gördüm. Azərbaycanda bir sıra tanınmış simalarla işləmişəm”.

Gürcü modelyer Aygün Kazımova və Zülfiyyə Xanbabayeva ilə işlədiyini söyləyib. O, həmçinin yerli modelyerlərin kolleksiyaları ilə tanış olmadığını, lakin Bakıda keçirilən yüksək moda həftəsi çərçivəsində onlarla tanış olmaq imkanı olacağını da vurğulayıb.

Qeyd edək ki, mətbuat konfransına MDB ölkələrində layihənin əsas direktoru Nina Drako, azərbaycanlı dizayner Natəvan Əliyeva və başqaları qatılmışdı.

Fotolar: lady.day.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR