Ayaq tərləməsinin qarşısını necə almaq olar?
Bizi izləyin

Tabloid.az

Ayaq tərləməsinin qarşısını necə almaq olar?

Ayaq tərləməsinin qarşısını necə almaq olar?

Tərləmənin səbəbləri fizioloji və psixoloji ola bilər. Psixoloji tərləmə zamanı insan utanarkən və ya qorxarkən, həyəcanlanarkən orqanizmdə hərarət artar. Bu zaman bu hərarəti aşağı salmaq üçün tərləmə bədənin verdiyi reaksiyadır. Eyni zamanda, bədəndəki toksinlər tərləmə nəticəsində ifraz olurlar. Əslində tərləmək insan sağlamlığı üçün önəmli və faydalı bir mexanizmdir.

Lakin bədəndəki bəzi bölgələrin tərləməsi insanlara daima fiziki və psixoloji cəhətdən narahatçılıq verir. Onlardan ən önəmlisi isə xoşagəlməz qoxuya səbəb olan ayaq tərləməsidir. Ayaqların həddindən artıq tərləməsinə tər vəzilərinin normadan artıq işləməsi, xoşagəlməz qoxuya səbəb isə ayaqqabının içində qalan, ayaqlarda yaranan bakteriyalardır. Hətta bəzən ayaqlar o qədər tərləyir ki, bədəndəki duz ayaqqabının üzərinə çıxaraq onu ağardır. Tabloid.az xəbər verir ki, mütəxəssislər qış aylarında bu problemlə üzləşməmək üçün bəzi məsləhətlər verirlər:

  • Ayaqları hər gün yumaq
  • Hər gün eyni ayaqqabını geyinməmək
  • Sintetik və yun corablardan istifadə etməmək
  • Ayaq üçün krem və spreylərdən istifadə etmək
  • Ayağı rəngli qara çayla yumaq
Oxumağa davam et
Reklam
Reklam

Gündəm