Kök qadınlar hamiləlik zamanı hansı təhlükələrlə üzləşirlər?
Bizi izləyin

Tabloid.az

Kök qadınlar hamiləlik zamanı hansı təhlükələrlə üzləşirlər?

Kök olmaq sadəcə insanın özgüvəninin azalmasına səbəb olmur, həm də bir çox sağlamlıq problemlərinə şərait yaradır.

Kök olmaq sadəcə insanın özgüvəninin azalmasına səbəb olmur, həm də bir çox sağlamlıq problemlərinə şərait yaradır. Son araşdırmalar göstərib ki, hamilə qadınların həddən artıq kökəlməsi həm özləri, həm də körpələri üçün təhlükəlidir. Həkimlər həddən artıq kök və həddən artıq arıq olan qadınların hamiləlik və doğuş zamanı bir çox problemlə üzləşdiklərini deyirlər. Odur ki, mütəxəssislər hamilə qalmaq istəyən xanımlara əvvəlcədən artıq kilolarından xilas olmağı məsləhət görürlər. Həmçinin hamiləlik zamanı da 8-10 kilodan artıq kökəlmək təhlükəlidir.

Bəs kök qadınlar hamiləlik və doğuş zamanı hansı çətinliklərlə üzləşməli olurlar?

* Kök qadınlarda USM ilə uşağın müayinəsi çətindir. Çünki həkim körpəni tam görə bilmir.

* Qarında piy qatı olduğu üçün bəzi müdaxilələri etmək çətinləşir.

* Kök qadınların normal doğuş etməsi çətin məsələdir. Çox vaxt qeysəriyyə əməliyyatına ehtiyac yaranır.

* Kök qadınlar hamiləlik zamanı yüksək təzyiq problemi ilə üzləşməli olurlar.

* Kök qadınların dünyaya gətirdikləri körpə də kök olur və doğuş prosesi çətinləşir.

* Kök qadınların uşaqlarının da gələcəkdə kilo problemləri yaşaması ehtimalı yüksək olur.

* Arıq qadınlara nisbətən kök qadınlarda sağalma prosesi çox ləng gedir. Qeysəriyyə əməliyyatı zamanı yaranan kəsik gec sağalır.

* Həddən artıq kök olan xanımların uşaq salma ehtimalı daha çoxdur.

* Hamiləlik zamanı kök qadınların sidik kisəsi infeksiyalarına yaxalanma ehtimalı yüksək olur.

* Kök qadınlar uşaq əmizdirərkən problemlər yaşayırlar.

* Kök qadınların dünyaya gətirdikləri körpələrdə travma almaq riski yüksək olur.

* Belə körpələrin ölüm riski də olduqca yüksəkdir.

Mütəxəsislər bütün bu problemlərlə üzləşmək istəməyən qadınlara hamiləlikdən öncə ideal kilolarına qovuşmağı, hamiləlik dövründə isə kilonu kontrol altında saxlamaq üçün tez-tez tərəziyə çıxmağı məsləhət görürlər. Hamilələr üçün uyğun idman növləri ilə məşğul olmaq və bol vitaminli, az kalorili qidalarla qidalanmaq lazımdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm