“Türkvision 2014”ün qalibi bəlli oldu - Video
Bizi izləyin

Tabloid.az

“Türkvision 2014”ün qalibi bəlli oldu - Video

“Türkvision 2014”ün qalibi bu gecə bəlli olub. Finalda 225 səs toplayaraq Qazaxstan təmsilçisi Janar Duqalova birinci olub.

“Türkvision 2014”ün qalibi bu gecə bəlli olub. Finalda 225 səs toplayaraq Qazaxstan təmsilçisi Janar Duqalova birinci olub.

Janar müğənni, musiqi bəstəkar və söz yazarı kimi tanınır, həmçinin filmlərdə də rol alıb. Qazaxstanın ən məşhur gölz-bendi (girls band) “KeşYou”nun solisti olub. Bu il o, həmçinin “Astana ulduzu 2014” mükafatına layiq görülüb.

Müsabiqənin ikincisi 201 səslə Tatarstan təmsilçisi Aydar Süleyman olub.

Başqırtıstanı etno-şou layihəsi ilə təmsil edən “Zaman” isə az səs fərqi, 199 səs ilə 3-cü pillədə bərqərar olub.

Azərbaycan ötən il adıçəkilən yarışmanın qalibi olsa da, bu il birinciliyi qoruyub saxlaya bilmədi. Azərbaycanı bu il “Turkvision 2014”də sözləri Ayşe Birgül Yılmaz, musiqisi əməkdar artist Elza Seyidcahan adi “Divlərin yalnızlığı” mahnısı isə təmsil edən Elvin Ordubadlı yarışmanın 9-cusu olub.

Ən maraqlı məqam İran təmsilçiləri səhnəyə çıxarkən yaşanıb. Nə qədər qəribə olsa da, İranı Təbrizdən olan etnik azərbaycanlılardan ibarət olan rok qrup “Barış” təmsil edib. Canlı yayım zamanı onlar nəinki azərbaycan dilində doğma şəhərlərinə, həmçinin, bütün Azərbaycana və Bakıya salamlarını çatdırıblar. Bundan başqa, akapella olaraq “Küçələrə su səpmişəm” mahnısından bir parça da ifa ediblər. Finalda isə onlar azəraycan dilində “Heydər Baba” mahnısını ifa ediblər.

Qeyd edək ki, “Turkvision” beynəlxalq musiqi yarışması 2013-cü ildən TMB TV-nin təşkilatçılığı ilə türk dilli ölkələr arasında keçirilir. Ötən il yarışmanın qalibi isə Azərbaycan təmsilçisi Fərid Həsənov olub.

Tabloid.az qalibin çıxışını izləmək üçün videonu təqdim edir.

İran

Azərbaycan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm