Zaur Kamal rəqqasə Fatiməyə sillə vurdu - Video
Bizi izləyin

Tabloid.az

Zaur Kamal rəqqasə Fatiməyə sillə vurdu - Video

Teleaparıcı Zaur Kamal rəqqasə Fatimə Fətəliyevaya sillə vurub.

Teleaparıcı Zaur Kamal rəqqasə Fatimə Fətəliyevaya sillə vurub.

Tabloid.az xəbər verir ki, bu, “5-də 5” verilişinin çəkilişləri zamanı olub. Belə ki, Fatimə “Zita və Gita” filmindən “Han Ji Han Maine Sharab” sauntrekini ifa edərək oynaya-oynaya Zaura yaxınlaşıb. Aparıcı da eynən filmdə olduğu kimi rəqqasəyə sillə çəkib.

Fatimə sillədən müvazinətini itirərək, kresloya yıxılb.

Zaur Kamal deyib ki, deyəsən, silləm bərk dəydi. O, buna görə rəqqasədən də üzr istəyib.

Fatimə isə deyib ki, sillə necə möhkəm olubsa qulağı ağrıdan alışıb-yanır.

“Çoxdandır ki, mənə belə sillə vuran olmamışdı. Bütün bunlar keçmişdə olub. Daha xatırlamaq istəmirəm”- deyə rəqqasə əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm