Gündəlik geyinilə bilən çox şıq ziyafət libasları - Fotolar
Bizi izləyin

Tabloid.az

Gündəlik geyinilə bilən çox şıq ziyafət libasları - Fotolar

Gündəlik geyinilə bilən çox şıq ziyafət libasları - Fotolar

"Dəvətlər üçün aldığım paltarı gündəlik həyatımda da keflə geyinmək istəyirəm" deyirsinizsə, bu qış sizi sevindirəcək bir dəb tendensiyası ilə tanış etmək istərdim.

Xüsusi günlər üçün aldığımız bahalı geyimlər qarderobun nəzarətçisinə çevrilir və şkafın bir kənarında qalır. Qədimdən bəri alicənablığın rəmzi olan məxmərdən bu qış günün hər saatında geyinilə bilən modellər hazırlanıb. Məxmər parçanın zərifliyini "Giorgio" və "Emporio Armani", "Marc Jacobs", "Prada", "Fendi", "Ralph Lauren", "Burberry" brendlər layiqli şəkildə təmsil edə biliblər. Məxmər parçadan tikilən paltarlar bu kimi daha bir çox markanın kolleksiyalarında fərqli seçimlər ilə özünə yer tutub. Pencəklərdən paltarlara, şalvarlardan çanta, ayaqqabıya kimi demək olar ki, hər yerdə məxmərin üsyankar mövqeyinə yer verilib.

Klassik və qadına xas parça olduğu düşünülən məxmər bəzən vamp, bəzən isə uşaqvarı və nağıl qəhrəmanlarını xatırladan kəsimlərdə tikilib. Dar qəliblərlə yanaşı, dağınıq kəsimlər, şar ətəklər, yüngül kəsimlər və qırçınlar məxmərlərə fərqli şərh verir. Kəsimlərdə olduğu kimi rəng çalarlarında da fərqlərin müşahidə olunduğu məxmər parçalarda düz rənglər diqqət çəkir. Qışın sərt və soyuq havasını indiyədək çox üstünlük verilməyən rənglər isidir. Antik çəhrayı, bal rəngləri, bənövşəyi, zərif yaşıl, göyün hər tonu, amma xüsusilə canlı olanları, boz, xaki və digər açıq rəng keçidləri, meşə yaşıllarının tünd və canlı tonları, həmçinin pastel tonları məxmər parçalarda da öz sözünü deyə bilib. Qışın əvəzolunmazı qara məxmər geyimlərini həm gecə, həm də gündəlik həyatda istifadə edilməsinə imkan verir.

Məxmər paltarlar

Məxmər dedikdə hamımızın ağlına dərhal gecə geyimləri gəlir. Bu mövsümdə də gecə paltarlarının bir çoxuna məxmər ilham vermiş olsa da, gündəlik geyimlərdə də məxmərə rast gəlirik. Balaca paltarlar və dar kəsimlərlə bərabər, təbii görünüşlü yarıqlar, valonlar, ipək və atlaz kombinasiyalar da xüsusi diqqət çəkir. Yayın dəbli geyimlərdə istifadə edilən ipəyin yerini, qış mövsümündə məxmərin aldığını rahatlıqla söyləyə bilərik. Qış mövsümündə dizaynerlərə ilham verən parçanın yumşaq təsiri və axıcı materialı valonları çox daha gözəl göstərir. Məxmər modellərdə istifadə edilən düz kəsimlər, enli qollar, dağınıq formalar xanımları daha gənc göstərməyə xidmət edir. Bu xüsusi parçaları bəzi dizaynerlər daşlarla bəzəyib, bəziləri isə sadəcə olaraq canlı və parlaq rənglərə üstünlük verib. Asimmetrik kəsimlər qış mövsümündə hər parçada olduğu kimi, məxmər paltarlarda də özünü göstərir.

Məxmər pencəklər

Qışda palto dedikdə ağlımıza ilk fazada fitilli (naxışın adı) məxmər pencəklər gəlir. Halbuki bu qış fitilli olanların yerini düz və çox incə fitilli məxmər pencəklər alıb. Həm xanımların, həm də müəllimlərin istifadə etdiyi məxmər pencəkləri stilistlər daha fərqli modellərdə təqdim ediblər. Xüsusilə qara, qəhvəyi tonları, bənövşəyi və tünd göy gödəkcələrin dar boğazlarını, qollarını müasir kəsimlərdə bəzi hissələrini məxmər parçalar müşayiət edir. Bu detallar gündəlik kombinasiyalarda effektli görünür. Məxmər parçaları gödəkcələrin qolları və yaxası ilə yanaşı, dirsəklərin də yamaqları şəklində, həmçinin rəngli astar formasında da görmək mümkündür.

Xanımların müxtəlif kombinasiyalarla istifadə edəcəkləri kiçik məxmər fiqarolar isə cins şalvarlarla istifadə edildiyi kimi idman geyimləri ilə uyğunlaşır. Məxmər pencəkləri iş həyatınızda şalvar (ətək) və şıq köynəklərlə tamamlaya, həftə sonları balıqçı yaxa sviterlər və cinslərlə birləşdirə bilərsiniz. Tərzinizə uyğun şal və ya şərflər isə seçici olduğunuzu nümayiş etdirəcəkdir. Palto və plaşlarda da istifadə edilən məxmər detalları isə gündəlik və idman tərzini klassikləşdirə bilir.

Ətək və şalvarlar

Məxmər şalvar və ətəklər bu mövsüm olduqca klassik formalarda təqdim olunub. Lakin məxmər yalnız klassik deyil, həm də idman tərzi kəsimlər şəklində qarşımıza çıxır. İstər gecə dəvətlərdə, istər ofis stilində, istərsə də dostlarınızla gəzintiyə çıxan zaman məxmər geyimlərə üstünlük verə bilərsiniz. Bu mövsüm üstünlüyün məxmər parçalarda olması çox vacib deyil, burada onu hansı geyimlərlə və necə uyğunlaşdırmaq daha çox əhəmiyyət daşıyır. Bol kəsimlərin və şar təsirinin hiss edildiyi ətəklər də gündəlik paltar stilinə harmoniya gətirə bilər.

Məxmər paltarları mövsüm dəbinin digər lideri olan qalın toxunma jiletlər, jaketlər, rəngli süni xəz jiletlər, uzun dəri çəkmələr, yumşaq dəri çəkmələr, bol kəsimli köynəklər, iri çantalarla idman tərzinə sala bilərsiniz. İdman tərzini sevmirsinizsə, onu atlaz bluzlar, ya da ağ və klassik köynəklə klassikləşdirmək sizdən asılıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm