Bu dodaqları qırmızı pomadasız təsəvvür etmək günahdır! - Fotolar
Bizi izləyin

Tabloid.az

Bu dodaqları qırmızı pomadasız təsəvvür etmək günahdır! - Fotolar

Bu dodaqları qırmızı pomadasız təsəvvür etmək günahdır! - Fotolar

Gözəl qızların paxıllığını çəkənlər çox olur, hələ üstəlik, uğurlu karyerası qurubsa, ətrafdakıların ona qarşı reaksiyasını özünüz təsəvvür edin. Skarlett Yohansonun istedadı və füsünkar cazibəsi göz qabağındadır, dəfələrlə ilin ən seksual qadını seçilməsi də heç kimə sirr deyil. İri sinə, qamətli bədən, cəzbedici, həcmli dodaqlar və gözəl üz cizgiləri... Bəziləri bu cür kamilliyin təbiət əsəri olduğuna inanmır. Bu gözəlliyin əslində, peşəkar cərrah bıçağının işi olduğunu iddia edənlər də az deyil.

Tabloid.az xəbər verir ki, gənc aktrisa bu söz-söhbətlərdən o qədər bezir ki, məktəb şəkillərini mətbuata təqdim etməyə qərar verir. Demə, o, hətta gəncliyində də qalın dodaqları və möhtəşəm sinəsi ilə diqqət mərkəzində olub. Bu gün dünyanın yaşayan ən seksual qadını titulu ilə kişilərin ağlını başından alan qadın Skarlett Yohansonun ad günüdür.

Skarlett Yohanson 1984-cü ildə noyabrın 22-də Nyu-Yorkda dünyaya gəlib. Boyu 163, çəkisi 52 kq-dır. Əqrəb bürcüdür.

“Porno məni xoşbəxt edir!"

Bu yaxınlarda ikinci dəfə yaşayan ən seksual qadın seçilən və yenicə ana olan Skarlett porno izlədiyini açıq-aşkar etiraf etmişdi. Porno izlədiyini açıqlayan Skarett Yohanson bu filmlərin cütlüklərin cinsəl həyatına müsbət təsir etdiyini söyləmişdi.

Skarlet karyerası haqqında bunları deyir: “Mən istəmirəm ki, əldə etdiklərimlə qane olum, ölənə kimi axtarışda olacağam. Bunsuz həyat çox darıxdırıcı olar. Hərçənd ki, 35 ildən sonra ola bilər ki, məni ancaq iki şey maraqlandırsın: sakitlik və rahatlıq... Ümid edirəm onda çox xoşbəxt və sağlam olacağam.

Məktəbdə boş vaxtlarım çox olurdu. İstirahətə həqiqətən də ehtiyacım var. Amma gözəl və layiqli iş ortaya çıxarandan sonra rahat nəfəs ala bilər və özümə istirahəti icazə verə bilərəm”.

Aktrisanın gözəlliyindən söhbət düşəndə isə o,olduqca təvazökar davranır. b, bildirir: “Əlimdən gəldiyi qədər günəş kimi işıq saçmağa çalışıram. Olduqca təvəzökaram, getdiyim dəvətlərdə yarıçılpaq halda poza verib şou göstərmirəm. Gözəllik odur ki, səndə hər şey dərhal görünür. Seksuallığı isə hiss edirsən. Məsələn, bir paltar geyinib seksual olduğunu hiss edə bilərsən. Öz gözəlliyini görmək iqtidarında deyilsən, bunu ancaq başqaları kəşf edə bilər. Heç cürə düşünə bilmirəm ki, bir qız dünyanın ən bahalı paltarını geyinib əsl gözəlliyinin fərqində ola bilsin. Gözəllik nisbi anlayışdır. Mənə elə gəlir ki, hətta qüsurlar da çox cəlbedici görünə bilər. Stilistlərim və vizajistlərim daha seksual görünməyim üçün mənə saatlarla vaxt sərf edirlər”.

Hollivudun təbii gözəli və müasir dövrün Merilin Manrosu kimi tanınan Skarlett Yohansonun qeyri-adi gözəlliyini ifadə etməkdə düzü çətinlik çəkirəm. Bu gözəlliyə ləkə salmamaq üçün susur və onu necə qoruduğu hissəsinə keçid alıram.

Skarlett Yohansonun dodaqlarından başqa ən çox sevilən yeri parlaq dərisidir. Bəs o, bu gözəlliyə necə olur? Dərisi həssas olduğu üçün bədən kremlərini, losyonlarını, duş gellərini aptekdən alır.

Hər gün makiyaj edir. Səhər üzünü soyuq su ilə yuyur, nəmləndirici krem çəkməyi unutmur. Sonra içinə limon sıxılmış bir stəkan su içir. Tonal kremlər dəriyə böyük zərər verdiyi üçün su tərkibli tonal kremlərə müraciət edir. Gecə makyajını təmizləmədən yatmır.

Bu dodaqları qırmızı pomadasız təsəvvür etmək günahdır!

Krem pomadalar qalıcı olduğu üçün onlara üstünlük verir. 3 ildir ki, “Dolce & Gabbana”nın "Classic Cream" pomadasının reklam simasıdır. Dodaqları qələmlə çevrəyə aldıqdan sonra fırça ilə yaymağı məsləhət görür.

Qalın və tünd sürmələri çox xoşlayır. Qırmızı xalıdakı fotolar da bunu təsdiq edir. Ağır makiyajı təmizlədikdən sonra şişliyi və solğunluğu aradan qaldırmaq üçün gözlərinin üstünə soyuq kompreslər edir. Gül suyu da gözəllik rituallarına daxildir. Qabıq vermiş və qaşınan dərisini gül suyu ilə silir. Üzündəki sızanaqları isə alma sirkəsi ilə yox etməyə cəhd göstərir. Gigiyenasına xüsusi fikir verir: makiyaj fırçalarını iki həftədən bir şampunla yuyur.

“Bir qadının ətri zərif, amma kişini başdan çıxara biləcək gücə malik olmalıdır. Çantamda ətir olmadan səyahət etmirəm. Çantam çox kiçik olsa da, mütləq yerləşdirirəm.

Makiyaj ustaları ağır göz makiyajını qırmızı pomada ilə tamamlamağı məsləhət görməsə də, gözəllik qaydalarını pozmaqdan xüsusi zövq alıram. Zənnimcə, kişilər təbii gözəlliyə daha çox qiymət verirlər. Bəzi kişilər qırmızı dodaq boyası çəkən qadın görəndə ağlını itirirlər. Qəhvəyi, zoğalı, tünd bənövşəyi tonlarda pomadaları sınaqdan keçirin, amma öpüşmək olmaz!”

Məşhurluğunun ilk pillələrində aktrisanın fövqalədə və seçilən stili olduğu haqqnda heç nə deyə bilmərəm. Amma müəyyən müddətdən sonra gözəlliyini vurğulayan rəng çalarlarını, bədən quruluşunu ortayan çıxaran və yaraşan modelləri ilə fərqlənməyi bacarır. Aşağıda aktrisanın qırmızı xalıda geyindiyi ən möhtəşəm ziyafət libaslarını və ən yadda qalan obrazlarını toplaşımıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm