• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Öpüşərkən keçən bakteriyaların orqanizmə ziyanı var?

Öpüşərkən keçən bakteriyaların orqanizmə ziyanı var?

Hollandiyada elm adamları öpüşməyin insan sağlamlığına təsirlərini araşdırıblar. 21 cütlüyün iştirak etdiyi araşdırma zamanı öpüşərkən insanların bir-birlərinə 80 milyon bakteriya ötürdükləri ortaya çıxıb.

Araşdırmanı aparan alimlərdən biri Remko Kort hər insanın ağız boşluğunda müxtəlif bakteriyalar olduğunu deyir. Professor öpüşərkən bu bakteriyaların bir ağızdan digərinə transfer olunduğunu qeyd edir.

Remko Kort bunun insan sağlamlığı üçün zərərli olmadığını, əksinə tez-tez öpüşən insanların bir çox xəstəliyə yaxalanma risklərinin azaldığını vurğulayır:

“Gündə bir dəfə öpüşən insanların bakteriyalara və viruslara qarşı immunitet sistemləri güclənir. Belə insanların qripə dözümlülüyü daha çox olur. Həmçinin viruslara qarşı da dözümlülükləri artır”.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR