Keyt Midlletonun qüsursuz və cazibədar ayaqlarının sirri
Bizi izləyin

Tabloid.az

Keyt Midlletonun qüsursuz və cazibədar ayaqlarının sirri

Keyt Midlletonun ayaqlarının qüsursuz olmasının sirri nədir?

Krallığın sevilən gəlininin geyimləri qədər ayaqlarının gözəlliyi də diqqət çəkir. Bəziləri onun ayaqlarına makiyaj etdiyini düşünür. Lakin Keyt Midlleton ayaqlarının hamar və qüsursuz görünməsi üçün heç bir makiyjadan, broznlaşdırıcı kremlərdən istifadə etmir. Onun ayaqlarının belə görünməsinin tək sirri dərisi rəngində olan nazik corabıdır. Qeyd edim ki, bu corablar Keyt Midlletondan sonra yenidən trend olmağa başlayıb.

Keyt krallığın gəlini olmazdan əvvəl də dəri rəngli nazik corablardan tez-tez istifadə edərdi. Onun hər zaman bu corabı geyinməsinin digər bir səbəbi isə krallığın etiket qaydalarından qaynaqlanır. Belə ki, hər hansı bir tədbirdə və ya mərasimdə yalın ayaqla iştirak etmək ədəbsizlik sayılır. Keytin bu corabları seçməsinin digər bir səbəbi isə həm də çox funksional olmasıdır.

Bu corablar dəridəki ləkələri, yara izləriniz, bəzi qəzaların izlərini, incə damarları və kapilyarları peşəkar şəkildə gizlədir. Üstəlik, ayaqda corab olduğu da bilinmir. Ayaq spreylərindən də effektli təsiri var. Əvvəllər qadınlar dəri rənginə uyğun nazik corab tapmaqda çətinlik çəkirdi. Şükürlər olsun ki, bu gün hər dəri rənginə uyğun nazik corab tapmaq çox asandır.

Keytin istifadə etdiyi coraba gəldikdə isə bu “John Lewis Non-Slip Barely There” markasına aiddir. "John Lewi"s keyfiyyətli ingilis markasıdır. Çılpaq görüntü verən bu kapron corabın digər bir özəlliyi dabanında ayağın sürüşməsinin qarşısını alan maneənin olmasıdır. Keyt əsasən parlaq tonlara üstünlük verir.

Ayaqqabını corabsız geyinəndə sürüşməsinin qarşısını almaq üçün müxtəlif üsullar var.

Tabloid.az xəbər verir ki, məşhur ulduzlar ən çox bu hiylədən istifadə edir: onlar ayaqqabını geyinməzdən əvvəl içinə bir miqdar saç spreyi sıxır və dərhal ayaqqabını geyinirlər. Ayağın sürüşməsinə mane olan bu üsul, həm də ayaqda boş dayanan ayaqqabılar üçün ən ideal həll yoludur. Məncə, çox faydalı üsuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm