Qaraciyəri təmizləyən qidalar
Bizi izləyin

Tabloid.az

Qaraciyəri təmizləyən qidalar

Spirtli içkilər, yüksək xolesterol ehtiva edən qidalar, istifadə etdiyiniz dərmanlar və s. bədəndəki ən önəmli orqanlardan biri olan qaraciyərə zərər verir.

Spirtli içkilər, yüksək xolesterol ehtiva edən qidalar, istifadə etdiyiniz dərmanlar və s. bədəndəki ən önəmli orqanlardan biri olan qaraciyərə zərər verir. Ancaq təbii qidalanaraq və qida menyunuza bəzi meyvə və tərəvəzləri əlavə edərək qaraciyərinizi təmizləyə bilərsiniz.

Tabloid.az qaraciyər üçün ən faydalı qidaları təqdim edir:

Qırmızı üzüm

Qaraciyəri təmizləyir. Zərərli toksinlərin bədəndən xaric olmasına kömək edir.

Soya

Xüsusilə soya südü qaraciyər üçün çox faydalıdır. Həftədə ən az 3 dəfə soya qəbul edin.

Paxlalı bitkilər və çərəzlər

Lobya, paxla, noxud, mərci kimi paxlalı bitkilər qaraciyəri təmizləmək üçün idealdır. Həmçinin fındıq, fıstıq kimi çərəzlər də qaraciyərdəki toksinləri təmizləyir.

Qatıq

Qatıq sadəcə qaraciyəri deyil, bütün bədəni artıq yağdan və toksinlərdən təmizləyir. Mədə üçün də çox faydalıdır.

Yaşıl çay

Qaraciyər üçün çox faydalı olan yaşıl çay sizi artıq çəkidən də xilas etməyə qadirdir.

Üzərində kiçik dənəvərlər olan giləmeyvələr

Çiyələk, böyürtkən, moruq kimi giləmeyvələrdən bol-bol yeyin. Bu meyvələr qaraciyəri çox sürətlə (48 saata) təmizləyir.

Sarıkök

Xüsusilə Hindistanda çox istifadə olunan bu ədviyyat sağlamlıq üçün çox faydalıdır. Möcüzəvi ədviyyat hesab edilən sarıkök qaraciyər üçün də yararlıdır. Menyuda çox yağlı yeməklər varsa, mütləq sarıkökdən istifadə edin. Beləliklə, qaraciyərlərinizi toksinlərdən və yağlardan xilas etmiş olacaqsınız.

Tam taxıllı qidalar

Səhər yeməyində tam taxıllı qidalara üstünlük verin. Beləliklə, həm gün ərzində özünüzü tox hiss edəcək, həm də qaraciyərlərinizə detoks etmiş olacaqsınız.

Tərəvəzlər

Gül kələm, brokoli, kələm, brüsel kələmi, qara kələm kimi tərəvəzlərdən hər gün yeməlisiniz. Bu qaraciyəri təmizləməyin ən asan üsuludur.

Soğan və sarımsaq

Bu qidaların qoxusu sizi onları yeməkdən çəkindirməməlidir. Əgər soğan və ya sarımsağın qoxusu sizi çox narahat edirsə, qızartdıqdan sonra yeyə bilrəsiniz. Sarımsağı isə süddə saxladıqda qoxusu itir.

Bu iki tərəvəz qaraciyərinizi təmizləməklə yanaşı sizi bir çox xəstəlikdən də qoruyacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm