“Arşın mal alan”dan sonra Humay çəkildi - Fotolar
Bizi izləyin

Tabloid.az

“Arşın mal alan”dan sonra Humay çəkildi - Fotolar

Tarzən Humay Qədimova sayca 4-cü instrumental klipini ərsəyə gətirib. Növbəti həftəyə təqdimatı nəzərdə tutulan ekran işi bu dəfə udun ifasında lentə alınıb.

Tarzən Humay Qədimova sayca 4-cü instrumental klipini ərsəyə gətirib. Növbəti həftəyə təqdimatı nəzərdə tutulan ekran işi bu dəfə udun ifasında lentə alınıb. Humay xanımın ifa üçün seçimi, tarixi uzun illərə söykənən milli rəqslərimizdən “Qaval”dı. Klipin rejissoru H.Qədimovanın bir sıra konsert və layihələrinə ekran həyatı verən Vüsalə Mirzəyevadır.

Çəkilişlər Mərdəkanda, “Arşın mal alan” filminin çəkildiyi məkanlardan birində aparılıb. Geyim mövzuya uyğun milli üslubda seçilib. Humay xanım bu səpkidə ifanı tamaşaçı tələbatını nəzərə alaraq ekrana gətirdiyini bildirdi:

“Sosial şəbəkədə ud ifamı ara-bir təqdim edirəm. Çoxluq bu təqdimatı klip şəklində böyük ekrandan görməyi arzulayır. Hətta İrandan, Türkiyədən, başqa ölkələrdən udla çıxışımı görməyi arzulayanlar var. Müraciətləri nəzərə alıb, belə bir layihə ərsəyə gətirdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm