• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Skarlet Yohanson ikinci dəfə gizlicə ailə qurdu - Fotolar

Skarlet Yohanson ikinci dəfə gizlicə ailə qurdu - Fotolar

Cazibədar ulduz Skarlet Yohanson şəxsi həyatı ilə gündəmə gəlməyi xoşlamır. O, peşəkar karyerasına aid olmayan hər bir detalı gizlətməyə çalışır. Ancaq paparassilər hər bir kiçik detala diqqət etdikləri üçün gözəl aktrisa şəxsi həyatını istədiyi kimi gizli saxlaya bilmir.

Belə ki, Sendi qasırğasının qurbanları üçün təşkil olunan xeyriyyə gecəsində iştirak edən aktrisanın barmağındakı üzük diqqət çəkib.

Bu üzük Skarletin ötən ay dünyaya gələn qızının atası Romen Doriakla ailə qurduğu ilə bağlı dedi-qoduların yayılmasına səbəb olub. Ancaq cütlük bu iddialarla bağlı heç bir açıqlama verməyiblər.

Xatrıladaq ki, aktrisa daha öncə də pərəstişkarlarını belə bir hadisə ilə təəccübləndirmişdi. O, 2008-ci ildə Rayan Reynolds ilə ailə qurmuş, ancaq bu ictimaiyyətə toydan 2-3 ay sonra məlum olmuşdu.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR