“Sevdaya hər toydan 100 manat verə bilərəm”
Bizi izləyin

Tabloid.az

“Sevdaya hər toydan 100 manat verə bilərəm”

Yerli şou-biznesdə yeni qalmaqalın təməli qoyulub.

Yerli şou-biznesdə yeni qalmaqalın təməli qoyulub. Tabloid.az xəbər verir ki, bu dəfə 15 ildir duet ortağı olan xalq artisti Səməd Səmədovla Sevda Əliqızı yollarını ayırıb.

Bu haqda ilk açıqlamanı Sevda xanım verib. O, Tabloid.az-a deyib ki, ayrılığa səbəb Səməd Səmədovun onunla duet oxumaq istəməməsi olub. Onun dediyinə görə, S.Səmədov bunu tərəf-müqabilinin qocalması ilə əlaqələndirib.

S.Səmədov Tabloid.az-a müsahibəsində məsələyə münasibətini bildirib:

- Sevda xanım gözəl müğənni, xanım, ana və nənədir. Biz onunla 15 il idi ki, dostluq edirdik. Çoxlu konsert, toy və tədbirlərimiz olub. Rusiya, İsrail, müxtəlif ölkə və şəhərləri gəzmişik. Sevda xanım bir gün mənə dedi ki, bundan sonra solo fəaliyyət göstərəcəyəm, tək oxuyacağam. Ondan bu qərarının səbəbini soruşdum. Dedi ki, uşaq-muşağa əməkdar artist adını verirlər. Mən də kənarda qalmışam. Tək fəaliyyət göstərmək istəyirəm. Ona dedim ki, tək oxumaq istəyirsən, bu sənin öz işindir. 15 il biz bir yerdə işləmişik. Buna görə çox sağ ol. Mən hətta ona dedim ki, baxmayaraq ki, biz səninlə ayrılırıq, hər toydan sənə 100 manat pul ayıracağam. Prodüserim hər toydan sonra gətirib, sənə 100 manat verəcək. Özünüz bilirsiniz də, Səməd dedi, qurtardı. Necə dəqiq adam olduğumu Sevda da bilir. Sən 15 il mənimlə fəaliyyət göstərmisən, bu da mənim sənə yaxşılığım. Mən bununla ona yardım etmək istəyirdim. Bunun əvəzində Sevda acığa prodüserimə yazıb ki, mən bilmirəm, toyunuz oldu-olmadı, Səməd mənə hər ay 1000 manat pul göndərməlidir. Bununla da o, Əlidən də qaldı, Vəlidən də… Doğrudan, mən istəyirdim ki, ona 100 manat pul göndərim. Öz adımdan, amma yanlışlıq etdi.

- Səməd bəy, ay ərzində neçə toyunuz olur?

- Olur da. 5-7-10 toyumuz olur.

- Belə baxanda, elə Sevda xanımın dediyi rəqəmdir. Onun dediyi məbləği toplayıb, ay ərzində ona verə bilərsiniz...

- Nəyə görə mən ona ayda 1000 manat verməliyəm? Biz yollarımızı ayırmışıq. O, cavan xanımdır, gözəl müğənnidir. Getsin, oxusun, öz əziyyəti ilə pul qazansın. Düz demirəm?

- Haqlı olub-olmadığınızı siz daha yaxşı bilərsiniz.

- Sevda xanım yenidən sizinlə duet oxumaq istəsə yenidən onunla tərəf müqabili olarsınız?

- Sevda deyirmiş ki, Səmədin 70 yaşı var, o, qocalıb. Bu sözləri işlətməsəydi, bəlkə də barışardım. O sözlər olmasaydı, bizi kimsə barışdıra bilərdi. Mən ürəyi yumşaq adamam. Amma bu sözlərdən sonra çətin ki, onunla barışım.

S.Əliqızının açıqlamasını bu linkdən oxuya bilərsiniz.http://tabloid.az/news/13033

Oxumağa davam et
Reklam
Reklam

Gündəm