“Qanlı yanvar”ın yaradıcı heyəti Şəhidlər Xiyabanında - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

“Qanlı yanvar”ın yaradıcı heyəti Şəhidlər Xiyabanında - Fotolar, Video

Rejissor Vahid Mustafayevin həmin hadisələrə həsr etdiyi “Qanlı yanvar” filminin intensiv çəkilişləri gedir.

İki aydan sonra 20 Yanvar hadisələrinin 25-ci ildönümü tamam olur. Tabloid.az anspress.com-a istinadən xəbər verir ki, bu ərəfədə rejissor Vahid Mustafayevin həmin hadisələrə həsr etdiyi “Qanlı yanvar” filminin intensiv çəkilişləri gedir. Bu filmdə Birləşmiş Ştatlar, Türkiyə və İranın məşhur aktyorları rol alıb. Tamaşaçıların “Santa Barbara” serialından Meyson kimi tanıdığı Lane Davies və Türkiyənin məşhur aktirsası Nebahat Çehre bu gün filmin yaradıcı heyətinin tərkibində 20 Yanvar hadisələrinin qurbanlarını və Qarabağ müharibəsində həlak olmuş şəhidləri yad etmək üçün Şəhidlər Xiyabanında olub.

ANS TV-nin məlumatına görə, Vahid Mustafayevin rejissorluğu ilə çəkilən “Qanlı yanvar” filminin aktyor və yaradıcı qrupu hadisə qurbanlarını anmaq üçün Şəhidlər Xiyabanını ziyarət etdilər. Aktyorlar demək olar ki, həmin qırğının təsiri altında idilər.

“Əsgərlərin, qurbanların yaşı mənə çox təsir etdi. Onlar çox cavan idilər. Çünki mənim də 20 və 24 yaşında iki oğlum var və bu mənə çox təsir etdi” – deyə amerikalı aktyor Lane Davies bildirib.

“Bacardığımız qədər o hissləri tamaşaçıya çatdırmağa çalışacayıq. Eyni zamanda hər bir aktyor bu filmdə rol aldığına görə şərəf hissi duyur” – deyə aktyor Azər Aydəmir vurğulayıb.

Filmin yaradıcı heyəti çoxmillətlidir. Onların sırasında İrandan, Rusiyadan, Amerikadan və Türkiyədən olan peşəkarlar var. Türk dünyasının ən tanınmış aktrisalarından biri olan Nebahat Çehre filmdə baş rollardan birini oynayır.

“Müstəqillik adına istehsal olunacaq bu - “Qanlı yanvar” filimidə yer aldığıma görə, çox şərəfləndim. Çünki, bu film həm dünya üçün çox önəmli, həm də mənim üçün”, – deyə türkiyəli aktrisa Nebahat Çehre qeyd edib.

Operator Afşin Əlizadə isə İran İslam Respublikasının azadlıq mübarizəsinin şahidlərindən biridir. Buna görə də Azərbaycanın azadlıq savaşını yaxşı anlayır.

İranlı rejissor Afşin Əlizadə deyir ki, bu film dünyada insanların ürəklərində bir yeri olacaq, çünki insanlar biləcəklər ki, ittifaq zamanda hansı faciə baş verib.

Hazırda qızğın çəkilişlər gedir. Məkan baxımından da fərqlənin filmin 100 dəqiqəlik xammal hissəsi artıq çəkilib. Rejissor Vahid Mustafayev yaradıcı heyətin işindən razıdır:

"Vəzifə nə qədər ağır olsa da, o, bizdən əlavə ürək, yaradıcılıq və güc tələb edir. Bizim beynəlxalq komandamız – amerikalı, iranlı, rusiyalı, türkiyəli və başda azərbaycanlılar da olmaqla bu cətin vəzifənin öhdəsindən düşünürəm ki, gəlməyə müvəffəq olacağıq. Və 20 Yanvar günü “Qanlı yanvar” filmini Azərbaycan tamaşaçılarının qarşısına çıxara biləcəyik”.

“Qanli yanvar” filminin çəkilişlərində maksimum real effektin alınması üçün mümkün olan bütün vasitələrdən istifadə edilib.

Azərbaycanın müstəqillik mübarizəsindən bəhs edən “Qanlı yanvar” filmi bu mövzuda 25 il ərzində çəkilən ilk film olacaq.

Yeri gəlmişkən, dünən rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən "Qanlı yanvar" filminin yaradıcı heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

ANS PRESS-in mlumatına görə, məşhur amerikalı kinoulduz Leyn Devis və Türkiyənin tanınmış akltrisası Nəbahət Çehrə də ziyarətçilər arasında olub. Azərbaycanla yanaşı İran, Rusiya, Türkiyə və ABŞ-dan olan aktyor heyəti 20 yanvar şəhidləri, qurbanları və eləcə də Milli Qəhrəman Çingiz Mustafayevin məzarını ziyarət ediblər. Çəkiliş kollektivi şəhidlərin məzarı üzərinə çiçək dəstələri düzüb.

Rejissor Vahid Mustafayev tanınmış aktyorlara 20 yanvar hadisəsi haqqında məlumatlar verib. 20 yanvar hadisələrində şəhid olan və eləcə də düşmən gülləsinin qurbanı olan insanlar haqqında danışan rejissor, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm