Tuba Nyu-Yorkdan əliboş qayıtdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Tuba Nyu-Yorkdan əliboş qayıtdı - Fotolar

Televiziyanın "Oskar"ı hesab edilən "Emmy" beynəlxalq mükafatına namizədliyi irəli sürülən ilk türk aktrisa Tuba Böyüküstün həyəcanını pərəstişkarları ilə bölüşüb

Televiziyanın "Oskar"ı hesab edilən "Emmy" beynəlxalq mükafatına namizədliyi irəli sürülən ilk türk aktrisa Tuba Böyüküstün həyəcanını pərəstişkarları ilə bölüşüb. Belə ki, o, mükafatlandırma gecəsində çəkdirdiyi fotolarını sosial şəbəkədə paylaşıb.

Nyu-Yorka həyat yoldaşı, aktyor Onur Saylakla birlikdə gedən cazibədar aktrisa “Ən yaxşı qadın aktrisa” nominasiyası üzrə yarışıb.

Gözəl aktrisanın rəqibləri arasında Olivie Kolman, Romina Qaetani, Bianka Krigjsman kimi məşhurlar olub.

Tuba təəssüf ki, mükafatı ala biləməyib.

"Ən yaxşı aktrisa" nominasiyasının qalibi hollandiyalı Bianka Krijgsman olub.

Qeyd edək ki, Tuba Nyu-Yorkda rəğbətlə qarşılanıb. Xarici media nümayəndələri aktrisaya böyük maraq göstəriblər. Tubanın gələcəkdə sadəcə Şərqdə deyil, Hollivudda da ən çox diqqətçəkən aktrisalardan biri olacağı deyilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm