Tolik Günaya qara yaxdı - Video
Bizi izləyin

Tabloid.az

Tolik Günaya qara yaxdı - Video

Günay İbrahimlinin ATV-də yayımlanan “Kimdir nömrə 1?” yarışmasında iştirak etməkdən imtina etməsi prodüser Tarix Əliyevə deyəsən o qədər pis təsir edib ki, Tarix Günayı qarabaqara izləyib qara yaxmağı qarşısına məqsəd qoyub.

Günay İbrahimlinin ATV-də yayımlanan “Kimdir nömrə 1?” yarışmasında iştirak etməkdən imtina etməsi prodüser Tarix Əliyevə (Tolik) deyəsən, o qədər pis təsir edib ki, Tarix Günayı qarabaqara izləyib qara yaxmağı qarşısına məqsəd qoyub. Belə ki, pordüser ötən gün Xəzər telekanalında “5/5” verilişinin qonağı olan gənc müğənninin ünvanına sosial şəbəkədə xoşagəlməz sözlər yazıb və Günayı “kitayski ulduz” adlandırıb:

“Mənə yazdılar ki, Zaurun Xəzər telekanalındakı verilişinə bax. Ən tələbatlı ulduz canlı ifa nümayiş etdirir. Canlı ifası bərbad olduğundan Zaur onun ifasını saxlayıb. Kitayski ulduz”

Əslində isə verilişdə belə hal yaşanmayıb. Günay ifasını bitirdikdən sonra aparıcı “Bravo! Günay sənə hər şey halaldır! Gözəl oxudun” sözlərini işlədib.

Müğənni ilə məsələ ilə əlaqə saxlasaq da, ümumiyyətlə məsələyə münasibət bildirmək istəmədi və belə ucuz qalmaqallara ehtiyacının olmadığını əlavə etdi.

Tabloid.az həm müğənninin çıxışını, həm də prodüserin statusunu oxuculara təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm