Cazibədar mələklər belə seçilir - Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədar mələklər belə seçilir - Fotolar

İldə bir dəfə baş tutan möhtəşəm “Victoria's Secret” dəfiləsində iştirak etmək demək olar ki, bütün modellərin xəyalıdır

İldə bir dəfə baş tutan möhtəşəm “Victoria's Secret” dəfiləsində iştirak etmək demək olar ki, bütün modellərin xəyalıdır. Ancaq bu xəyala qovuşmaq elə də asan deyil. Çünki “Victoria's Secret” mələyi olmaq istəyən modellərdən sadəcə gözəl görünmələri və paltarı yaxşı təqdim etmələri tələb olunmur.

Dəfiləyə çıxmaq istəyən qızlar başda firmanın satış müdiri Ed Razek olmaqla, prodüser Monika Mitro, kastinq rəhbəri Cohn Pfeyfer və baş modelyer Sofiya Neofitoydan ibarət münsif heyətinin önündə tər tökməli olurlar.

Hər modelin münsif üzvlərinin diqqətini cəlb etmək üçün sadəcə 30 saniyə vaxtı olur. Bu qədər qısa müddətdə münsiflərə yaxşı mənada təsir etmək heç də asan deyil.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, Ed Razek hər il seçimlərdə rəqabətin getdikcə gücləndiyini bildirib. O, modellərin ideal bədən formalarını qorumaq üçün çox işlədiklərini, boks və plateslə məşğul olduqlarını söyləyib.

Monika Mitro isə möhtəşəm bədən quruluşuna, gözəl dəriyə və xarakterə sahib olan modellər axtardıqlarını deyib.

Modelyer Sofiya Neofitoy isə cazibədar və asanlıqla yadda qalan model axtarışında olduqlarını qeyd edib.

Qeyd edək ki, şirkət bu il “Victoria's Secret” mələklərinin necə seçildiyini əks etdirən görüntüləri internetdə yayımlayıb.

Tabloid.az həmin görüntüləri təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm