Sevdanın yeni klipində həyat yoldaşı çəkilib - Video
Bizi izləyin

Tabloid.az

Sevdanın yeni klipində həyat yoldaşı çəkilib - Video

Əməkdar artist Sevda Ələkbərzadənin yeni “Sev məni” adlı klipi təqdim olunub.

Əməkdar artist Sevda Ələkbərzadənin yeni “Sev məni” adlı klipi təqdim olunub.

Tabloid.az xəbər verir ki, yeni layihə müğənninin çoxdandır ifa etmədiyi pop janrındadır:

“Çoxdan idi ki, pop janrından uzaq düşmüşdüm. Bu da mənim musiqi layihələrimlə, xüsusilə “İntro” albomumla məşğul olmağımla bağlı idi. Mən və pərəstişkarlarım pop janrında olan layihələrim üçün darıxmışdılar. Ona görə də “Sev məni”yə klip çəkdirmək qərarına gəldim. Tez-tez klip çəkdirmirəm, son işlərim isə Gürcüstanda həyata keçirilmişdi. Fasilədən sonra yenidən azərbaycanlı rejissorla işləməyimə şadam. Rejissor Emin Mehtiyev “Sev məni”yə olduqca maraqlı klip çəkib. Bu mənim onunla gördüyüm ilk işimdir ki, çox razı qaldım. Video kreativ və zövqlü alınıb. Hətta video ilə mahnı arasında ardıcıllıq var. Rejissor Ülviyyə Könülə çəkilişlərdə yaxından iştirak edərək, ideyalar verdiyinə görə təşəkkür edirəm. Klipdə obrazım üzərində “Nakhish Atelier”dən olan dizaynerlər çalışıb. Onlar mənim üçün eksklüziv geyimlər tikiblər”.

Qeyd edək ki, klipdə əməkdar artistin həyat yoldaşı Kaymar da çəkilib. O, ekran işinin sonunda görünür.

Tabloid.az oxucularına söz və musiqisi Sevda Ələkbərzadənin özünə aid olan “Sev məni” mahnısına çəkilən klipi təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm