• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Beyons insafa gəldi

Beyons insafa gəldi

Beyons hələ ötən ilin dekabr ayında heç bir anons etmədən “Beyonce” adlı albomunu "iTunes" də - onlayn mahnı satışı ilə məşğul olan şəbəkədə satışa çıxartdı. Alboma daxil olan bütün mahnılara klip çəkdirsə də, müğənni onları “YouTube” video izləmə portalına yüklənməsini qadağan etmişdi. Müğənninin alboma daxil olan mahnılarının kliplərini izləmək üçün məcburi şəkildə ödəniş etmək lazım idi. Bu səbəbdən müğənni albomun çıxdığı ilk həftədə 1 milyondan çox rəqəmsal disk satışını həyata keçirməyi bacardı və 104 ölkədə satış üzrə 1-ci yerə yüksəldi.

Müğənni təqribən 1 ildən sonra insafa gəlib və albomuna daxil olan 14 klipin hamısını "YouTube"-a yerləşdirməklə bütün kliplərini pulsuz olaraq tamaşaçıların ixtiyarına vermiş oldu.

Tabloid.az iki maraqlı klipin videosunu təqdim edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR