Payızın romantik aksessuar dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Payızın romantik aksessuar dəbi - Fotolar

Payızın ən trend və ən romantik saç aksessuarı - Fotolar

2015-ci ilin dəb dünyasında xüsusən podiumlarda saç sancağı ilə fason verilən naxışlı saç modelləri çox istifadə olundu. Tel sancaqlar sadəcə saçınızı möhkəmləndirmək üçün deyil, həmçinin naxışlar ilə fərqli fasonlar verilərək istifadə edilməyə başlanıldı. Qara, boz, tünd göy, gümüşü və başqa rəngli sim sancaqlar podiuma çıxan modellərin saçlarında ən çox diqqətçəkən detallar arasındaydı. Onlar həm çox ucuz, həm də saç üçün ecazkar aksesuarlardır. Tabloid.az tel sancaqlarla düzəldilən fərqli fasonları və əyləncəli saç modellərinə aid bir neçə nümunə toplayıb.

Sim sancaqla saçlara fason verməyin bir neçə üsulu var.

1-ci rəngarəng: Sim sancaqları istifadə etməyin ən əyləncəli yolu saçlara rəngarəng naxışlar verməkdir. Bir neçə əlvan rəngli tel sancaq və ya tək rəng ilə əyləncəli və maraqlı saç stili yığa bilərsiniz.

trend saç modelleri 2015

2-ci elastik rezin yerinə, sim sancaqdan istifadə edin: Adətən hörüklərin ucunu və ya saçı toplamaq, möhkəmləndirmək üçün istifadə etdiyiniz elastik rezinlər yerinə yeni trend sim sancaqlardan istifadə etmək olar. Saçınızı topladıqdan sonra saçın dağılmaması üçün kənarlarına sim sancaq ilişdirə və ya süst bir düyün ilə möhkəmlədə bilərsiniz. Sim sancaq ilə düyünlənmiş saçınız daha şirin görünəcək.

tel toka ise saç modelleri

3-cü yığılı saç modelləri: Yarım yığılı saçlar klassik və yəqin ki, dəbdən heç vaxt düşməyən modeldir. Tamamilə yeni saç stili yığmaq üçün digər saç aksessuarları yerinə, bir və ya bir neçə tel sancaqdan istifadə edərək, saçda üçbucaq naxışı düzəldə bilərsiniz. Bunun üçün sadəcə 3 dənə tel sancağı lazımdır.

tel tokalı saç modelleri

4-cü hörüklü saçları daha ecazkar göstərin: Sim sancaqların məqsədi təkcə saçları möhkəm saxlamaqdan ibarət deyil. Onları saçlarınıza qəşəng fason vermək, ya da fərqli saç stilləri yaratmaq üçün də istifadə etmək olar. Məsələn, hörüklü saçlara çox gözəl yaraşır. Hörüklərin arasına keçirərək saça xüsusi bəzək verə bilərsiniz.

tel toka ile örgülü saç modelleri

5-ci saçlara fason verin: Əgər bu mənzərəni bəyəndinizsə, siz də şəkildəki kimi saçlarınızda sim sancaqlar ilə yaradıcı naxışlar və fasonlar yaradıb ecazkar modellər edə bilərsiniz.

tel klips tokalı saç modelleri

6-cı sim sancaqlarla toppuz yığın: Bəzi zəif toppuzlarin içinə məftil sancaqlar yerləşdirərək daha sevimli toppuz modelləri etmək olar.

tel tokalar ile topuz nasıl yapılır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm