10 gündə dırnaqları gücləndirən tövsiyələr
Bizi izləyin

Tabloid.az

10 gündə dırnaqları gücləndirən tövsiyələr

10 gündə dırnaqları gücləndirən tövsiyələr

Tövsiyələrimiz sayəsində 10 gündə güclü və qırılmayan dırnaqlara sahib ola bilərsiniz.

Bir çox xanımlar manikür etdirməyi çox sevir, amma bəzən dırnaqların manikürdən daha çox qayğıya ehtiyacları olduğunu unuduruq. Əgər dırnaqların soğan qabığı kimi soyulmasından narazısınızsa və ya davamlı qırılırsa, onların geniş mənada baxıma ehtiyacı var. Laklardan imtina etmək çətin olsa da, zavallı dırnaqların buna görə sizə minnətdar olar. 10 gün ərzində güclü və qırılmayan dırnaqlara sahib olmaq istəyirsinizsə, o zaman tövsiyələrimizə əməl etməyə başlayın.

Sil və yenilə

Soyulmuş və solmuş lakı silməyin vaxtı çoxdan gəlib. Çoxumuz fərqinə varmasaq da, lakların böyük bir qismi aseton əsaslıdır. Bu aseton dırnaqların rütubətini itirməsinə və qırılmasına yol açır. Dırnaqları möhkəmləndirmək üçün ilk olaraq aseton əsaslı lak təmizləyicilərdən əl çəkmək lazımdır. İntensiv dırnaq qulluğunun digər mərhələsində isə hər gecə əlləri 10-15 dəqiqə ilıq suda saxlamaq tələb olunur. Unutmayın ki, 10 gün ərzində bunu təkrar etməlisiniz!

Dırnaq ətlərinə diqqət edin

Çoxumuz fikir verməsək də, dırnaq ətlərinə qulluq dırnaq sağlamlığı baxımından olduqca mühümdür. Əllərini yuyub, sildikdən sonra dırnaq əti yağını dırnaq ətlərinin olduğu hissəyə hər gün çəkin. Yağ tamamilə udulduğu zaman nəmləndirməyə başlayın. Bol miqdarda nəmləndirici kremi əllərinizə çəkin və bu şəkildə yatın. Beləliklə, nəmləndirici dırnağın içində sorulacaq və onun nəmli qalmasına yardımçı olacaq.

Dırnaqlara qulluq müddətini uzadın

Yuxarıdakıları dəqiqliklə yerinə yetirəndən sonra dırnaqlar artıq özünə gəlməyə başlayacaq. Əlləri sudan mümkün qədər uzaq tutmalı, qab-qacaqları yuyarkən, bağda işləyərkən və ya oxşar fəaliyyətlər zamanı mütləq əlcək istifadə etməlisiniz. Manikür ustalarının da dediyi kimi dırnaqlarını vasitə kimi deyil, ləl-cavahirat kimi qoru! Bunu yalnız 10 gün ərzində deyil, amma davamlı etməyini tövsiyə edirik!

İndi isə lak zamanı

Yuxarıda sadalananları etdikdən sonra dırnaqlarının çox güclü olduğunu hiss edəcəksən. Bu zaman güclü dırnaqların nazı ilə oynamaq lazımdır. Sevimli lakınızı çəkməzdən əvvəl, əsas qatı çəkməyi unutmayın. Bu dırnaq baxımını da ritualların arasına əlavə etməyi unutmayın!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm