Müğənni geyimi ilə bağlı açıqlama verdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Müğənni geyimi ilə bağlı açıqlama verdi - Fotolar

Müğənni Elmira Ələkbərzadənin ötən gün Elnarə Təhməzovanın təqdimatında yayımlanan “İncə+” verilişinə geyindiyi libas sosial şəbəkələrin ən çox müzakirə olunan xəbərlərindən birinə çevrildi.

Müğənni Elmira Ələkbərzadənin ötən gün Elnarə Təhməzovanın təqdimatında yayımlanan “İncə+” verilişinə geyindiyi libas sosial şəbəkələrin ən çox müzakirə olunan xəbərlərindən birinə çevrildi. Əslində bu normal idi. Çünki Elmira xanımı indiyədək heç bir kanalda belə geyimdə görən olmayıb. Müğənninin başında papaq və gün eynəyində efirə çıxması ilə maraqlandıq.

Müğənni tabloid.az-a açıqlamsında bildirdi ki, bu geyim onun qatıldığı verilişin formatına uyğundur. “Mən xüsusi olaraq papaq, rahat geyim, gün eynəyi və idman ayaqqabısı geyindim. İdman və sağlamlıq üzərində qurulan verilişə belə də geyinmək gərəkdir. Həm də sərbəst və idman üslübünda geyinməyi məndən Elnarə xahiş etmişdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm