Nurlan Əzizbəylinin yeni tərəfdaşı - Audio
Bizi izləyin

Tabloid.az

Nurlan Əzizbəylinin yeni tərəfdaşı - Audio

Efirlərdə çox gec-gec görünən və sanki kənara çəkilən müğənni Nurlan Əzizbəylidən xəbər var.

Efirlərdə çox gec-gec görünən və sanki kənara çəkilən müğənni Nurlan Əzizbəylidən xəbər var. Müğənni “O sənsən” adlı mahnını Ülkər Şahbazova adlı xanımla duet ifa edib. Elə mahnı ilə əlaqədar müğənni ilə əlaqə saxladıq.

Əzizbəyli tabloid.az-a açıqlamasında mahnının əslində Ülkər xanım tərəfindən duet təklifinin gəldiyi bildirdi:

“Mahnının sözləri və musiqisi Elçin Cəfərova, aranjemanı isə Tərlana aiddir. Ülkər Şahbazovanın ifa tərzini bəyəndiyimdən duet oxumaq təklifini qəbul etdim”.

Müğənni onu da əlavə etdi ki, yaxın günlərdə adıçəkilən mahnının klip çəkilişləri başlanacaq.

Tabloid.az Nurlan Əzizbəyli və Ülkər Şahbazovanın ifa etdiyi dueti təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm