Rəmiş Zaura brilyant üzük hədiyyə edib - Foto
Bizi izləyin

Tabloid.az

Rəmiş Zaura brilyant üzük hədiyyə edib - Foto

Ötən gün “5/5” verilişində bir sıra yadda qalan anlar yaşanıb.

Ötən gün “5/5” verilişində bir sıra yadda qalan anlar yaşanıb. Verilişin qonaqlarından biri olan gitara ifaçısı Rəmiş barmağında olan üzüyünü çıxardaraq aparıcıya bağışlayıb. Aparıcı “o nə üzükdür elə, mən elə belə üzük götürmürəm” fikrinə gitara ifaçısının verilişdə qonaq olan xanımı “heç Rəmiş də elə belə üzük” taxmır deyərək cavab verib.

Üzüyü əlinə alan aparıcı Zaur “Rəmiş müəllim, bu üzük məni sancılandırar. Bu neçə karatdır?” sualına qarşı tərəf 3 karat cavabını verib.

Aparıcı canlı yayımda hədiyyəni qəbul edərək öz təşəkkürünü bildirib və əlavə edib ki, üzüyün arxasında Rəmişdən hədiyyə sözlərini həkk etdirəcək.

Daha sonra aparıcı zarafatla “gərək bundan sonra belə qonaqlar dəvət edim” deyərək Rəmişdən bir ifa istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm