Məşhur və gənc milyonçular
Bizi izləyin

Tabloid.az

Məşhur və gənc milyonçular

Dünyanın ən məşhur dərgilərindən olan “Forbes” 2014-cü ildə 30 yaşa qədər ən çox qazanc əldə edən məşhurların adını açıqlayıb.

Dünyanın ən məşhur dərgilərindən olan “Forbes” 2014-cü ildə 30 yaşa qədər ən çox qazanc əldə edən məşhurların adını açıqlayıb.

20 yaşlı Kanadalı müğənni Castin Biber bütün həmkarlarını geridə qoymağı bacarıb və 2014-cü il ərzində müğənni 80 milyon dollar qazanaraq reytinq cədvəlinin birinci pilləsində yer alıb.

İkinci yerdə Böyük Britaniyanın 5 oğlandan ibarət ən məşhur qrupu “One Direction” gəlir. Onların bu il ərzində qazancı 75 milyon dollar olub.

Top üçlüyü isə zərif cinsin nümayəndəsi, kantri üslubunda Amerikanın ən tanınmış siması Teylor Svift tamamlayır. O, 2014-cü ildə var-dövlətini daha 64 milyon dollar artırıb.

Bundan başqa, son 12 ay ərzində Bruno Mars 60 milyon, Rihanna 48 milyon dollar qazanaraq 4-cü və 5-ci pillədə qərarlaşıblar.

“Aclıq oyunlar” adlı fantastik triller filminin məşhur siması Cenifer Lourens yeddinci yerdədir. Onun ardınca Ledi Qaqa, Avici və Skrillex gəlirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm