• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Aygünlə beş ulduzlu otellərə getməyə icazəsi olan it - Fotolar

Aygünlə beş ulduzlu otellərə getməyə icazəsi olan it  - Fotolar

Noyabrın 27-də, yəni sabah Aygün Kazımovanın sevimli iti Prinsessanın 6 yaşı olacaq.

Tabloid.az xəbər verir ki, yerli şou-biznes nümayəndələri arasında çox məşhur olan bu itin maraqlı yaşam tərzi var. Axı o, səhnəmizin bir nömrəli ulduzu Aygün Kazımovanın sevimlisidir.

Qeyd edək ki, xalq artisti Prinsessanı Moskvadan 2008-ci ildə hələ 4 aylıq olarkən gətizdirib. Müğənni onu almaq üçün 2 min dollar xərcləməli olub. İtini çox sevən Aygün xanımın Prinsessasının qarderobu çox zəngindir. Belə ki, svarovski daşlarla bəzədilmiş geyimlər, idman, istirahət paltarları, ayaqqabılar, corablar və saç broşları onun qarderobuna daxildir. Həmçinin, Prinsessanın xüsusi tualeti, parfümləri var.

İtin təyyarəyə, restorana və beş ulduz otelə getməyə icazəni təsdiqləyən pasportu var. Aygün Kazımova Prinsessanı özü ilə bütün çəkilişlərə, tədbirlərə apardığından, itin gərgin qrafiki ona pis təsir etməsin deyə, stress əleyhinə dərmanları verilir.

2008-ci ilin 27 noyabrında Moskvada doğulan “Yorkşir terrier” cinsindən olan Prinsessanın hər iki valideyni dünya çempionudur. Anası – Yalvina Yanje (qeydiyyat nömrəsi – RKF 2059385), atası – Mini Şop Tamaqoçidir (qeydiyyat nömrəsi – RKF 2072185). Prinsessanın üstündə nəslinin seriyasını əks etdirən xüsusi döymə var.

Aygün xanım itini tez-tez peyvənd etdirməyi unutmur. Onu tez-tez həkim müayinəsindən keçirir.

Qeyd edək ki, A.Kazımova heyvanlara qarşı olduqca həssasdır. Bundan əvvəl onun iti, meymunu olub.

Tabloid.az oxuculara itin yeni çəkilən bir neçə fotosunu təqdim edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR