Məşhur cütlük dalaşdı
Bizi izləyin

Tabloid.az

Məşhur cütlük dalaşdı

Eyvanda emosiyalarına hakim kəsilə bilməyən Bred Pitt əllərini silkələyərək Colinin üstündə qışqırıb. Coli isə sakitcə həyat yoldaşını izləyib.

Ancelina Coli və Bred Pitt artıq uzun illərdir bir cütlük olaraq insanlara Brancelina kimi təqdim olunur. Bu səbəbdən onlar arasında baş verən istənilən mübahisə jurnalistlərə sensasiya kimi görünür. İş də belə gətirib ki, dünya şöhrətli cütlük Avstraliyada qaldıqları mehmanxananın eyvanında dalaşıblar.

Eyvanda emosiyalarına hakim kəsilə bilməyən Bred Pitt əllərini silkələyərək Colinin üstündə qışqırıb. Coli isə sakitcə həyat yoldaşını izləyib. Bütün hirsini xanımının üstünə boşaldan Pitt daha sonra eyvanı tərk edib. Coli isə siqaret çəkərək güclə göz yaşlarını saxlayıb. Bütün olanlar “İnTouch” jurnalının müxbirinin gözləri qarşısında olub. Məqamı əldən verməyən jurnalist bütün olanları fotokamera ilə çəkməyə müvəffəq olub.

Tabloid.az xəbər verir ki, jurnal işıq üzü görən yeni nəşrinin üz qabığına dalaşan cütlüyün şəklini qoyaraq “Son! Bret getdi” başlığını yazıblar.

Daha sonra “X17” dərgisi cütlüyün mübahisədən sonra danışmadıqları haqda xəbər yayıb. Hətta Bred və Ancelina Avtraliyanı ayrı-ayrı təyyarələrdə tərk ediblər. Bundan başqa, Londonda filminin premyerasına gələrkən Bred Colini müşayət etməyib.

Maraq üçün bildirək ki, 6 uşaq valideyni olan cütlük bu il avqustun 23-də Fransada nikaha daxil olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm