Özəl günlər üçün möhtəşəm hörüklü toppuz modelləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Özəl günlər üçün möhtəşəm hörüklü toppuz modelləri - Fotolar

Özəl günlər üçün möhtəşəm hörüklü toppuz modelləri

Hər bir qadının sınamalı olduğu hörüklü toppuz modelləri

Hörüklər mövsümün trend saç modelləri arasında yer almağa davam edir. Tabloid.az hər biri xanıma yaraşan və onu eleqant göstərən hörük toppuz modelləri toplayıb. Fərqli və yeni toppuzlar sizin də çox xoşunuza gələcək.

Şəlalə hörüklər, balıq quyruğu hörüyü və ya adi gündəlik hörüklər, ümumiyyətlə, modelindən asılı olmayaraq, hörüklər hər zaman aktualdır və hər saça yaraşır. Saçları hördükdən sonra fantaziyanızı inkişaf etdirib istədiyiniz ecazkar hörüklü toppuz modellərini yığa bilərsiniz. Qəşəng və qeyri-adi hörüklərin səliqəli və zərif makiyajla uyğunlaşdmasına diqqət edin. Sonda isə ona uyğun şıq paltar seçin.

Aşağıdakı hörüklü toppuz modelləri sizə ilham verəcək. Ən gözəl toppuzlarla fərqli stilləri sınaqdan keçirərək zərif qadın obrazı yaratmış olarsınız. Hörüklü toppuzlar xüsusən də kürəyi açıq paltarlarla inanılmaz dərəcədə seksual görünür.

Hörüklər tək və gecə ziyafətli üçün deyil, gündəlik stil üçün də çox idealdır. Bizim seçdiyimiz hörüklü toppuz modelləri özəl günlərdə qəşəng və möhtəşəm görünməyinizə köməkçi olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm