Yerli telekanalların bəzi aparıcılarının nitqi qüsurlu çıxdı
Bizi izləyin

Tabloid.az

Yerli telekanalların bəzi aparıcılarının nitqi qüsurlu çıxdı

Milli Televiziya və Radio Şurası (MTRŞ) 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabatın nəticələrini açıqlayıb.

Milli Televiziya və Radio Şurası (MTRŞ) 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabatın nəticələrini açıqlayıb.

Tabloid.az şuranın rəsmi saytına istinadən xəbər verir ki, aparılan monitorinq nəticəsində “İTV”, “Xəzər”, “Lider”, “Space”, “ANS” və “ATV” televiziya kanallarının efirlərində dil normalarının pozulması faktı aşkarlanıb.

Monitorinqin nəticələrinə görə, ədəbi dil normasından sapmanı əks etdirən 532 nümunə tədqiqata cəlb olunub.

Bunlardan 91-i “Xəzər”, 56-sı “İTV”, 89-u “Space”, 97-si “ANS”, 90-ı “Lider”, 85-i isə ATV-də müşahidə olunub.

Azərbaycan ədəbi dil normalarını ən çox pozan televiziya kanallarının aparıcıları isə aşağıdakı şəxslərdir:

İlqar Mikayıloğlu, Mətanət Əliverdiyeva, Turan (Samir) İbrahimov, Elvin Basqallı, Saleh Bağırov, Mikayıl Güləddinoğlu, Elgiz Əkbər, Zəminə Əliyeva, Natavan Babayeva, Samirə Mustafayeva, Vüsalə Nürəddinqızı, Türkay Verdiyeva, Gülnar Muxtarqızı, Qənirə Ataşova.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm