Kişilər bu qadınların cazibəsinə tab gətirmirlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Kişilər bu qadınların cazibəsinə tab gətirmirlər - Fotolar

Kişilər bu qadınların cazibəsi qarşısında tab gətirə bilmirlər

Kişilər dikdaban geyinən qadınlara daha çox kömək edirlər.

Fransadakı Bretagne-Sud Universitetinin alimlərinin araşdırması kişilərin dikdaban ayaqqabı geyinən qadınlara, yastıdaban geyinənlərdən daha çox yardım etməyə meyilli olduğunu üzə çıxardıb.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hündürdabanlı ayaqqabılar kişilərin qadınlara yardım istəyinə təkan verir.

Nikola Gueguen və qrupu yastıdaban və dikdaban ayaqqabı geyinən qadınlar arasında sorğu keçirib. Araşdırma qrupu qadınlardan kişilərin onlara hansı vəziyyətdə yardım etməyə daha həvəsli olduğunu müəyyənləşdirməyə çalışıb.

Araşdırma qrupu yastıdaban ayaqqabı geyinən qadınlardan əlcəklərinin bir tayını əlindən düşürməsini istəyib. Bunun məqsədi isə kişilərin yerə düşən əlcəyi alıb sahibinə vermək mövzusunda nə qədər istəkli olduğunu araşdırmaq olub. Bu təcrübə eyni qadın iştirakçılara dikdabanlı ayaqqabı geyindirilərək təkrarlanıb.

Son təcrübədə isə bir kafedə kişilərin hündürdabanlı və yastıdaban ayaqqabı geyinən qadınlardan hansı ilə daha tez ünsiyyətə keçəcəyi araşdırılıb.

Tədqiqatın sonunda kişilərin dikdabanlı ayaqqabı geyinən qadınların istəyinə dərhal cavab verdiyi, bu qadınların yerə düşən əlcəyini qaytarmaqda daha çevik davrandığı və onlarla daha tez ünsiyyət qurduğu müşahidə olunub.

Professor Gueguen dikdabanlı ayaqqabıların kişilərin davranışına təsir etdiyini bildirib. Onun sözlərinə görə, kişilər qadınlar haqqında fikir yürüdərkən, ya da onlarla ünsiyyətə keçərkən fiziki xüsusiyyətlərə çox əhəmiyyət verirlər.

Kişilər bu qadınların cazibəsi qarşısında tab gətirə bilmirlər və sitayiş edirlər!

Həmçinin Gueguen mediada göz önündə olan cazibədar qadınların əsasən dikdaban ayaqqabı geyindiyini, kişilərin də cazibədarlığı bu ayaqqabılarla əlaqələndirməsini bildirib. Bundan başqa, araşdırma qrupu kişilərin bu hərəkətini qadın gözəlliyi və cazibəsi qarşısında sitayiş kimi qiymətləndirib.

Dikdabanlı ayaqqabı və kişilərin davranışı tədqiqatının ilkin nəticələri "Springers journal Archives of Sexual Behavior" jurnalında dərc olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm