Hollivud gözəlləri Londonu fəth etdilər - Fotolar
Bizi izləyin

Tabloid.az

Hollivud gözəlləri Londonu fəth etdilər - Fotolar

Hər iki dünya ulduzu zəriflikləri ilə göz qamaşdırıblar

Dünya şöhrətli aktrisalar Ancelina Coli ilə Nikol Kidman film təqdimatlarında iştirak ediblər.Hər iki dünya ulduz zəriflikləri ilə göz qamaşdırıblar.

Ancelina Coli "Sınmaz" (Unbroken) filminin Londonda baş tutan təqdimat mərasimində iştirak edib. Cazibədar ulduz dəvətə aktyor Cek Okennel ilə birgə gəlib.

Coli zərifliyi ilə göz qamaşdırıb. O, “Ralph & Russo Couture”un ağ rəngli ipək libası ilə əsl şahzadələrə bənzəyib. Bej rəngli ayaqqabı, zərif qırmızı broş, sadə sırğa ilə obrazını tamamlayan aktrisanın gözlərini ön plana çıxaran makiyajı onu olduqca gözəl göstərib.

Nikol Kidman isə yenə Londonda, amma başqa bir filmin - "Paddinqtonun macəraları”nın nümayişində iştirak edib. Tədbir Londonun “Odeon Leicester Square” teatrında baş tutub.

Həmin gün Londonda hava şəraiti əlverişli olmasa da, bu, Kidmanın şıq görünməsinə əngəl ola bilməyib. Aktrisa “Prada” brendinin gümüş işləmələri olan sadə qara paltarı ilə “Christian Louboutin”in möhtəşəm ayaqqabılarını kombin edib. Retro saç kəsiminə üstünlük verən aktrisa zərif saç aksessuarı və əlindəki şəffaf çətiri ilə mükəmməl görünüb. Yüngül makiyajını çəhrayı rəngli dodaq boyası ilə tamamlayan Nikol həyat yoldaşı Kit Urbanın da ağlını başından alıb. Belə ki, əri cazibədar aktrisanı qırmızı xalıda ehtiraslı öpüşlərə qərq edib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm