“İçimdə inanılmaz duyğular baş qaldırıb" - Fotolar
Bizi izləyin

Tabloid.az

“İçimdə inanılmaz duyğular baş qaldırıb" - Fotolar

“Möhtəşəm yüz il”də canlandırdığı Sultan Süleyman obrazı ilə yaddaşlara həkk olunan aktyor Halit Ergenç fenomen seriala həsr olunmuş sərgidə öz heykəli ilə “selfie” çəkdirib

“Möhtəşəm yüz il”də canlandırdığı Sultan Süleyman obrazı ilə yaddaşlara həkk olunan aktyor Halit Ergenç fenomen seriala həsr olunmuş sərgidə öz heykəli ilə “selfie” çəkdirib.

Onlarla ölkədə yayımlanan və tamaşaçıların rəğbətini qazanan “Möhtəşəm yüz il” serialı üçün hazırlanan “Teşhir-i İhtişam” adlı sərgi noyabrın 28-də “Maslak Uniq Müze” muzeyində açılacaq.

Halit Ergenç sərginin təqdimatı üçün həmin muzeyə baş çəkib.

Məşhur aktyor jurnalistlərlə birgə gəzdiyi sərgidən çox təsirlənib. Aktyoru ən çox təəccübləndirən isə öz heykəli olub. Yaratdığı obrazın heykəli ilə selfi çəkdirən aktyor heykəltəraş Murat Daşkına öz təşəkkürünü bildirib.

O, muzeyi tərk edərkən öz düşüncələrini jurnalistlərlə bölüşüb:

“Özümü o şəkildə kənardan ilk dəfə gördüm. İçimdə inanılmaz duyğular baş qaldırdı, bunu sözlə izah etmək çətindir. Hətta bir az pis oldum. Amma ətrafda çox insan olduğu üçün hisslərimi büruzə vermədim”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm