Ən seksual kişi kimdir? - Qalmaqal
Bizi izləyin

Tabloid.az

Ən seksual kişi kimdir? - Qalmaqal

Rayan Qoslinq etiraz etdi: “Ən seksual kişi o deyil, mənəm!”

“People” jurnalının yaraşıqlı aktyor Kris Hemsvortu “2014-cü ilin ən seksual adamı” elan etdiyini xəbər vermişdik. Ancaq sən demə, bu, digər yaraşıqlı kişi aktyorların heç də ürəyincə olmayıb. Belə ki, 34 yaşlı aktyor Rayan Qoslinq ən seksual kişinin özü olduğunu iddia edib.

““People” jurnalı bu ünvanı mənə dəfələrlə təklif edir. Ancaq mən bir jurnalda bu formada yer almaq istəmədiyim üçün təklifləri rədd etmişəm”.

Adı çəkilən jurnal isə Rayan Qoslinqə cavab verməkdə gecikməyib. Jurnalın səlahiyyətliləri bu il Rayana heç bir təklif etmədiklərini, 2014-cü il üçün ilk və tək namizədlərinin Kris Hemsvort olduğunu bildiriblər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm