• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İdman zalını əvəz edən 9 dəqiqəlik məşq

İdman zalını əvəz edən 9 dəqiqəlik məşq

Həyat tərzi

Yaxşı bədən quruluşuna nail olmaq və artıq piylərin əridilməsinin ən səmərəli üsulu kardio məşqlərdir. Bu proqramın üstünlüyü ondadır ki, onu trenajorlarsuz, hətta evdə yerinə yetirmək olar. Hətta çox yer də lazım deyil, onun üçün azad bir neçə metr kifayətdir. Proqram 9 tapşırıqdan ibarətdir, onların hər biri 1 dəqiqə ərzində yerinə yetirilir.

Bu məşqləri trenajor zalına getmədən vaxta qənaət edərək yerinə yetirə bilərsiniz. Bu məşqləri 2 həftə ərzində mütəmadi olaraq yerinə yetirsəniz, inanılmaz nəticə əldə edə bilərsiniz.

1. Dizləri yuxarı qaldıraraq 1 dəqiqə qaçın

2. Dizləri yerə vurmadan ayaqlarınızı büküb açın və yuxarı-aşağı enin.

3. Qurbağaların tullanma imitasiyası.

4. Mümkün olduğu qədər növbə ilə irəliyə doğru addımla və hər bir ayaqla tullan.

5. Tullanma hərəkəti. Əlləri və ayaqları mümkün qədər yuxarı qaldır.

6. Sol əlinizi əvvəlcə sağ ayağınıza vurun, daha sonra əlləri aşağı dartın. Daha sonra sağ əlinizi sol ayağınıza vurun və bir daha təkrar edin.

7. İplə tullanma imitasiyası.

8. Əlləri döşəməyə qoyun, daha sonra bədən ağırlığını ayaqlara verib tullanın.

9. Son təlim isə tənəffüsün bərpasıdır. Dərindən nəfəs alıb verin.

Həftədə ən azı 5 gün məşq et və artıq 2 həftədən sonra nəticəsini hiss et!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR