Dərini gəncləşdirən portağal maskasının faydaları
Bizi izləyin

Tabloid.az

Dərini gəncləşdirən portağal maskasının faydaları

Dərini gəncləşdirən portağal maskası

Mimik qırışlar 25 yaşından yuxarı qadınlarda özünü yavaş-yavaş göstərir. Bu isə onlara özünü yaşlı hiss etdirməyə başlayır. Tabloid.az bu problemi həll etməyə yardım edən mövsüm meyvələrindən ibarət təbii maska reseptlərini təqdim edir:

Portağal maskasının faydaları

C vitamini ilə zəngin olan portağal qırışların yaranmasını gecikdirir. C vitamini yeni hüceyrələrin yaranmasına kömək edir və dəriyə gənclik bəxş edir. Yumurta sarısı dərini yumşaldır, bal isə nəmləndirici vəzifəsini öhdəsinə götürür. Portağal, bal və yumurta sarısındn ibarət bu möcüzəli gözəllik məlhəmini mütləq sınaqdan keçirin.

Maska üçün lazım olan ərzaqlar:

1 yumurta sarısı
1 çay qaşığı bal
yarım portağalın suyu
1 paket jelatin (şirniyyat ərzaqları satılan mağazalardan tapa bilərsiniz)

Hazırlanması:

Bütün vasitələri böyük qabın içinə qoyun və yaxşı qarışdırın. Əvvəlcədən təmizlədiyiniz dərinizə maska çəkin və 20 dəqiqə gözləyin. Sonra üzünüzü ilıq su ilə yaxalayın.

Qeyd: Əgər dəriniz çox həssasdırsa, maskanı üzə çəkməzdən əvvəl biləyinizin içinə bir miqdar çəkin və gözləyin. Hər hansı qızartı olmasa, maskanı rahatlıqla çəkə bilərsiniz.

Portağallı və lavandalı masaj yağı

Gərginliyi aradan qaldırmağın ən asan yolu masajdır. Xüsusən də xoş qoxulu bitki yağları ilə edilən masajın faydası və təsiri özünü həmin dəqiqə göstərir.

50 qram küncüt yağı

10 qram lavanda yağı

16 qram portağal çiçəyi yağı

2 ədəd darçın çubuğu

Bunların hamısını bir bankaya yığın. Sonra 1 ədəd portağalın qabığını sürtgəcdən keçirib içinə əlavə edin. Əldə edilən məhlulu 2-3 gün işıqlı yerdə saxlayın. Darçın çubuqları və portağal qabığı öz aromasını yağlara hopdurandan sonra masaj yağı hazır olacaq. Bu yağla masaj edəndən sonra özünüzü daha sağlam və gümrah hiss edəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm