Bu qidalar xərçəng riskini artırır
Bizi izləyin

Tabloid.az

Bu qidalar xərçəng riskini artırır

Bu qidalar xərçəng riskini artırır

Qidalanma vərdişləri xərçəng xəstəliyinin yaranmasında mühüm amillərdən biridir. Qidalanmanın xərçəngin əmələ gəlməsinə təsir etdiyi kimi, xərçəng də insanın qidalanma vəziyyətinə təsir edir.

Ərzaqlar tarladan süfrəyə gələnə qədər bir çox mərhələdən keçirlər. Bu mərhələlərdə müxtəlif fiziki, kimyəvi dəyişikliklərə məruz qalırlar ki, bu da qidanın keyfiyyətinə təsir göstərir. Sözsüz ki, keyfiyyətsiz qida sağlamlığa mənfi təsir göstərir. Orqanizmdə yeni hüceyrə əmələ gəlməsində, ərzaqların keyfiyyət və miqdarı böyük əhəmiyyət daşıyır. Orqanizmin təməl daşı olan hüceyrədə yaranacaq hər hansı bir pozğunluq zamanla səmərəliliyini artıraraq, toxumalara, orqanlara və bütün orqanizmə yayılır.

Uludağ Universiteti (UÜ) baytarlıq fakültəsinin qidalanma gigiyenası və texnologiyası fakültəsinin professoru Mustafa Tayar deyib ki, bütün heyvanların ətindən hazırlanan kotletlər, ümumiyytlə, yağda qızardılmış qidalar, birbaşa odda bişmiş ətin istehlak edilməsi, kolbasa, sosiska, kərə yağı, nitrit və nitrat əlavə olunmuş qidalar xərçəng riskini artırır.

Köklük, alkoqol, siqaret xərçəng riskini artırır

Xərçəng əmələ gətirən maddələr yağ içində, qidaların yağlı hissələrində toplanır. Gündəlik pəhrizdə tərəvəz, meyvə və quru paxla kimi qidaların kifayət qədər qəbul edilməməsi, lif tələbatımızın az olmasına görə bağırsaqda yığılıb uzun müddət qalan artıqlar və ifrazatlarda toplanan bakteriyalar xərçəng yaradıcı molekullar əmələ gətirirlər. Bu molekullar bağırsaq səthi ilə davamlı təmas etdiklərindən xərçəng əmələ gəlmə riski artır. Köklük xərçəngin yaranmasında risk amilidir.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kök insanlar arasında xərçəng diaqnozu ilə dünyasını dəyişənlər arıqlara nisbətən daha çoxdur. Həddən artıq spirtli içki qəbulunun dodaq xərçənginə səbəb olduğu, qaraciyər, ağciyər xərçəng riskini artırdığı araşdırmalarda öz təsdiqini tapıb. Məlumdur ki, siqaret və qəlyan çəkmək və ya siqaret tüstüsünə məruz qalmaq müxtəlif xəstəliklərə səbəb olur. Tütünlə birlikdə qəbul edilən spirtin də xərçəng riskini artırdığı müəyyən edilib.

A, C, E vitaminləri, sink, kalsium, selenium, yod və dəmir kimi mineralların çatışmazlığı da xərçəng əmələ gəlmə riskinin artdığına diqqət çəkən professor Tayar ərzaqların bişirilmə üsullarındakı yanlışlıqların da xərçəng riskinə təkan verdiyini deyib. Səhv bişirmə üsulları qidalarda xərçəngdən qoruyucu vitamin itkisinə səbəb olur və kanserogen maddələrin yaranmasına gətirib çıxarır. Xüsusilə zülal və yağ tərkibi çox olan qidalar (ət) odla təmas edərək, hisə verərək bişirilməsi kanserogen maddələrin yaranmasına gətirib çıxarır. Yüksək qızdırılmış yağda qızardılmış qidaları çox istehlak etmək və yağı yandırdıqdan sonra yeməklərə əlavə etmək xərçəng riskini artırır. Qida maddələrinin uzun müddət pozulmadan saxlanılması, ömrünün uzadılması, dad və görünüşlərinin dəyişdirilməsi məqsədilə istifadə edilən bəzi kimyəvi birləşmələr və rəng vericilər xərçəng riskini artırır. Ona görə də bəzi zərərli kimyəvi maddələrin istifadəsi qadağandır. İstifadəsinə icazə verilənlər və istifadə miqdarları əsasnamələrlə müəyyən olunanların siyahısı mövcuddur. Ancaq hər şeydə olduğu kimi kimyəvi maddələrin çox miqdarda istehlak edilməsi təhlükə yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm