• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Obama hinduşkalara amnistiya verdi

Obama hinduşkalara amnistiya verdi

Şükran bayramı münasibətilə bayram süfrəsini bəzəmək üçün Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya 2 hinduşka hədiyyə edilib. 2 quş Uestmorland Devisə göndərilib ki, artıq onlar süfrəni bəzəməyəcəklər.

Prezident Barak Obama bu quşları “əfv” edib. Beləliklə, həmin hinduşkalar ömürlərinin sonunadək komfort içində yaşayacaq və qəssab bıçağının qurbanı olmayacaqlar.

Havanın şəraiti yaxşı olmadığı üçün Çəhrayı baxçada nəzərdə tutulan zarafatyana tədbir Ağ Evdə baş tutub. Barak Obama deyib:

“Bilirəm, bəziləri baş verən bu hadisəni amnistiya adlandıracaq”.

Hinduşkaları Ağ Evə Milli Assosiasiyanın rəhbəri Qeri Kuper Şükran bayramı münasibətilə təqdim edibmiş. Hinduşkaların böyüdüyü ərazidə olan məktəblilər quşlara Mak (Makaron) və Çiz (Pendir) adlarını qoyub. Hər iki hinduşka Kuperin fermasında təqribən 6 ay bundan öncə dünyaya gəliblər. Hazırda quşlardan hər birinin çəkisi 21 kiloqramdır.

Lakin elə quşlar var ki, heç də onların bəxti Mak və Çizinki kimi gətirməyib və onlar qəssab bıçağı altına düşməli olublar. Belə ki, Milli Assosiasiyanın göndərdiyi digər 2 quşu Obama ailəsi evsizlərə yardım edən yerli xeyriyyə təşkilatlarından birinə göndərib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR