“Fanatları Özcanın tutduğu qapı dəstəyini yalayırdılar”
Bizi izləyin

Tabloid.az

“Fanatları Özcanın tutduğu qapı dəstəyini yalayırdılar”

"Bəzi qadın fanatlar üzlərini evin divarlarına sürtürdülər"

Xarizmatik müğənni və aktyor Özcan Dənizlə “Asmalı Konak” serialında birlikdə rol alan aktrisa Yonca Cövhər çəkiliş meydançasında yaşadıqlarından danışıb.

Verilişlərdən birinə qonaq olan aktrisa “Asmalı Konak” serialının yayımlandığı dövrdə Özcanın qız fanatlarının başlarına açdıqları işləri unuda bilmədiyini deyib:

“Bəzi qadın fanatlar üzlərini evin divarlarına sürtürdülər. Özcanın tutduğu qapı dəstəyini yalayırdılar. Bu dərəcədə fanatlıq ola bilməz. Bir dəfə də fanatlar təhlükəsizlik divarını qırıb keçmişdilər, qapıları yumruqlayırdılar. Nə edəcəyimizi bilmirdik. Hətta buna görə, bir gün çəkiliş aparılan evdə köməksiz vəziyyətdə qaldıq”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm