• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanlı Nataliya Oreyro ilə “selfie” çəkdirdi - Foto

Azərbaycanlı Nataliya Oreyro ilə “selfie” çəkdirdi - Foto

Məşhur aktrisa və müğənni Nataliya Oreyronun Rusiyada olması ilə bağlı xəbər vermişdik.

Tabloid.az xəbər verir ki, uruqvaylı gözəl ifaçı Omskda “Наша Наташа” (“Bizim Nataşa”) adlı solo konsert proqramı ilə çıxış edib. 90-cı illərin populyar ifaçısı konserti zamanı hitə çevrilən mahnılarını oxuyub.

Konsertin bizim üçün maraqlı məqamı ondan ibarət olub ki, Omskda yaşayan həmyerlimiz Lalə Həmidova adlı qız heç kimin edə bilmədiyini bacarıb. O, Nataliya Oreyro ilə “selfie” çəkdirib.

Böyük izdihamı yararaq, səhnəyə yaxınlaşan Lalə mühafizə xidmətinin gözündən yayınaraq, Nataliya Oreyro ilə şəkil çəkdirib. Üstəlik, Nataliya Oreyronu Azərbaycana dəvət edib.

O, həmin fotonu isə “Facebook” profilində paylaşıb.

Qeyd edək ki, tamaşaçılar Nataliya Oreyronu “Vəhşi mələk”, “Varlılar və məşhurlar” və “Modellər - 90-60-90” seriallarındakı obrazları ilə daha çox seviblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR